Belə addımların artıq mənası yoxdur – bütün dünya cəmi 44 gün ərzində qalib Azərbaycan ordusunu tanıdı...
Amerikanın Ohayo ştatının Oksford şəhərinin meri Mayk Smit şəhər məclisinin üzvü Qlenn Ellerblə birlikdə Mayami universitetində iki Amerikalı erməni tələbəsi Endryu Devecyan və Teresa Aniyevin xahişi əsasında qəbul olunmuş 2 fevral 2021-ci il tarixli qərar ilə Azərbaycan Respublikasının 30 ilə yaxın işğal altında qalımış Yuxarı Qarabağ ərazisində qondarılmış separatçı-terrorçu erməni rejiminin tör-töküntülərni “tanıyıb”.
Sosial şəbəkələrin erməni seqmentində bu haqda məlumat Amerikanın şərq bölgəsinin erməni milli komitəsinə (“ANCA-ER”) istinadla yayılıb.
Təxminən 14.000 erməninin yaşadığı Ohayoda keçmiş Ohayo nümayəndəsi J. Todd Smitin 2020-ci ildə Ohayo qanunverici məclisinə təqdim etdiyi “HR367” qərarı da daxil olmaqla separatçı erməni xuntası üçün şəhər, əyalət və federal hökumət tərəfindən dəstək alınıb.
P.S. Belə addımların artıq mənası yoxdur – bütün dünya cəmi 44 gün ərzində qalib Azərbaycan ordusunu tanıdı. Və bu cür "siyasət" yürüdən əcnəbilər yalnız öz ölkələrinə növbəti üzqaralığı gətirirlər...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?