GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Araiki Moskvaya niyə aparıblar... - RUSİYA XÜSUSİ XİDMƏT ORQANLARI ONU TƏLİMATLANDIRIR

Araiki Moskvaya niyə aparıblar... - RUSİYA XÜSUSİ XİDMƏT ORQANLARI ONU TƏLİMATLANDIRIR

Tarix: 24-04-2021, 15:12 Bölmə :Dünya Baxış: 328
Araiki Moskvaya niyə aparıblar... - RUSİYA XÜSUSİ XİDMƏT ORQANLARI ONU TƏLİMATLANDIRIR


Keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının inzibati ərazilərinin hazırda Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində küncə sıxışdırılmış erməni separatçılarının liderinin Moskvaya çağırılması xəbəri nəinki Azərbaycanda, eləcə də Ermənistanın özündə geniş rezonans yaratdı. Xəbər verildiyi kimi, Ermənistan mətbuatı Araik Aarutyunyanın Rusiya xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaq üçün Moskvaya çağırıldığını yazıb. Bildirilir ki, ona Ermənistanın baş naziri Nikol Paşinyandan uzaq durmaq tapşırılacaq. Başqa sözlə, Araikə mesaj verirlər ki, Paşinyanın Ermənistan rəhbərliyində sayılı günləri qalıb və öz taleyini onunla bağlamağa dəyməz. Digər məlumata görə Araik Moskvaya səfərindən həm ziyarət, həm ticarət kimi istifadə edir və özünə Rusiya paytaxtında ev almaq istəyir.

Azərbaycanda isə Araik Arutyunyanın Moskvaya fərdi səfəri bir çox suallar və iradlar yaradıb-onu kim və hansı statusla çağırıb? Əslində Dağlıq Qarabağdakı erməni separatçılarının əvvəlki liderləri Arkadi Qukasyan və Bako Saakyan da Yerevandan daha çox Moskvaya qulaq asırdılar, onlar tez-tez Rusiya generallarının qapılarının ağzını kəsdirirdilər və təlimatlandırılırdılar. Rəsmi Bakı isə o zamanlar münaqişənin nizamlanmasına dair danışıqların aparıldığını nəzər alaraq Moskvanın separatçı liderlərlə təmaslarını sülhə yönəlmiş ümumi səylərin bir hissəsi kimi görməyə çalışırdı, hirsini birtəhər cilovlayaraq buna əsasən göz yumurdu.

Axı soyuq müharibə gedirdi, münaqişə başa çatmamışdı və qapalı məkana sıxışdırılmış separatçılara harasa getmək lazım gəlirdi-müalicəyə, istirahətə, işgüzar görüşlərə...Separatçıların liderləri Moskvaya Ermənistan pasportu ilə gedirdilər. Başqa nə ilə gedəsiydilər? Separatçıların seçimi böyük deyil-ya Ermənistanın vətəndaşlığını qəbul etmək, ya da Rusiya pasportu almaq. Xüsusən də Rusiya keçmiş SSRİ respublikalarından olanlara vətəndaşlıq verməyi asanlaşdıran qanun qəbul etdiyi bir vaxtda. Bu baxımdan separatçıların bir çoxunda həm Ermənistan, həm Rusiya pasportları var. Və sonuncu “qaulyayter” Araik Arutyunyan da istisna deyil.

Ancaq İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Rusiya prezidenti Vladimir Putin 30 illik münaqişənin başa çatdığını elan etdi. Rusiya prezidenti ilə bir vaxtda Azərbaycan dövlət başçısı da münaqişənin artıq tarixdə qaldığını bildirdi, gələcəyə baxmaq lazım olduğunu dedi. Üstəlik Rusiya prezidenti Qarabağın qeyd-şərtsiz Azərbaycan ərazisi olduğunu da vurğulamışdı.

Rusiya prezidentinin məntiqindən çıxış etsək təxmin etmək olar ki, anklav vəziyyətində qalan separatçı siyasətçilər və Qarabağ ermənilərinin hərbi-siyasi kolliziyaların qurbanına çevrilən əksər qismi potensial olaraq Azərbaycan vətəndaşlarıdır. Təkcə anklavla rəsmi Bakı arasında qarşılıqlı münasibətlər sisteminin müəyyənləşdirilməsi qalır. Lakin yaralar hələ təzədir, siyasətçilər bu yaraları qaşımağa cəhd etmirlər ki, təhlükəli regionda uzunmüddətli və möhkəm sülhün əldə olunmasına imkan yaransın. Və hər halda müharibənin dayandırılması haqda Moskva razılaşması yeni reallıq yaradıb, bu reallığı Moskva özü də inkar edə bilməz. Axı regiondakı kövrək, amma çoxdan gözlənilən sülhün də qarantı Moskvadır. Bu baxımdan özünü Azərbaycan ərazilərində hansısa respublikanın lideri elan etmiş qondarma birinin Moskvaya çağırılması Azərbaycan cəmiyyətinin narazılığına, hiddətinə səbəb olur, onu incidir və etimadsızlıq atmosferi yaradır, yeni məkrli oyunlar haqda şübhələr meydana çıxarır.

Axı Rusiyanın özü də Qafqazda bir vaxtlar separatçılıqla qarşılaşmışdı və indi özünü hansısa içkeriya respublikasının prezidenti adlandıran Əhməd Zakayevin Avropa paytaxtlarında dolaşması haqda xəbərləri qəzəblə qarşılayır. Və Moskva haqlı olaraq bu siyasi cinayətkarı himayə edən Avropa ölkələrinə öz hiddətini bildirir.

Azərbaycanın qavramında Araik Arutyunyan Əhməd Zakayevdən heç nə ilə fərqlənmir, hansı ki, həmin Zaakyevi heç bir halda Bakıya buraxmazdılar. Qarabağdan olan qondarma “prezidenti” isə nəinki Rusiyaya buraxırlar, üstəlik erməni KİV-lərinin məlumatlarına görə, bəzi dairələr onu himayə edirlər. Bu günlərdə “Azadlıq” radiosunun erməni xidmətinə danışan bir erməni məmuru demişdi ki, Araiki Xankəndində “prezident” postunda saxlayan ruslar olub. O, istefa vermək istəsə də deyiblər ki, qalmaq lazımdır.

Araikin Moskvaya çağırılması Ermənistanda Rusiya meylli qüvvələri də təəcübləndirib. Paşinyanın adamının qarşıdakı parlament seçkiləri ərəfəsində Moskvaya çağırılmasının məqsədi nədir? Rusiyameylli müxalifətçilər hesab edirlər ki, Arutyunyan Rusiya generallarından Paşinyanı bağışlamağı xahiş edə bilər. Çünki Paşinyan hakimiyyətdə qalmaq üçün Rusiya ilə sıx hərbi ittifaq kursunu götürüb.

Bəs Rusiya tərəfi Bakının narahatlığına necə reaksiya verəcək? Araikin Moskva səfərini təşkil edənlər nəzərə alırlarmı ki, bu cür gizli təhriklərlə onlar Azərbaycan və Rusiya prezidentləri arasında yüksək qarşılıqlı etimada əsaslanan münasibətlərə kölgə salırlar? Üstəlik Araik Fransada və ya Almaniyada peyda olmayıb, gələcək alternativsiz sülhün qarantı kimi çıxış edən dost ölkədə peyda olub.

Bir çox suallar yığılıb, cavablar isə hələ yoxdur.../Virtualaz.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həbs olunan Hakimiyyəti başçısı  xüsusi təyyarəylə Moskvaya aparılıb

    Həbs olunan Hakimiyyəti başçısı xüsusi təyyarəylə ...

    2-06-2013, 02:16

  • 
  • Ağ Ev: Tramp Moskvaya səfər etməyə hazırdır

    Ağ Ev: Tramp Moskvaya səfər etməyə hazırdır ...

    31-07-2018, 15:39

  • 
  • Araik Arutyunyan Paşinyana qarşı Moskvadan yardım istədi (FOTO)

    Araik Arutyunyan Paşinyana qarşı Moskvadan yardım ...

    25-11-2020, 14:10

  • 
  • ŞOK! “Noyabrın 10-da Araik Aurtyunyan vertolyotla Bakıya aparılacaqdı...”

    ŞOK! “Noyabrın 10-da Araik Aurtyunyan vertolyotla ...

    24-02-2021, 21:49

  • 
  • Müdafiə naziri Moskvaya getdi

    Müdafiə naziri Moskvaya getdi ...

    11-08-2017, 13:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu