“Terror təşkilatları ilə olduğu kimi, cinayətkar təşkilatlarla mübarizədə də daxili işlər nazirimizin yanında olduq və olmaqda davam edəcəyik”.
Gundemxeber.Az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında mütəşəkkil cinayət təşkilatı lideri Sedat Pekerin Süleyman Soylu və Türkiyənin sabiq Baş naziri, AKP sədrinin müavini Binəli Yıldırımın oğluna qarşı səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib.
“Hədəfin daxili işlər nazirimiz deyil, böyük və qüdrətli bir Türkiyə olduğunu anlamaq üçün istifadə olunan alətlərə və onları istifadə edənlərə baxmaq kifayətdir. Dostumuz Binəli Yıldırımın da oğlu ilə hədəfə alınması əsl niyyəti göstərən başqa bir əlamətdir. Dostlarımız üzərindən ölkəmizə hücumlara icazə verməmişiksə, buna da imkan verməyəcəyik. Cinayətkar dəstələrin üzvlərini dünyanın harasına qaçırlar qaçsınlar, təqib edirik. FETÖ, PKK-çılar kimi, bu cinayətkarları da ölkəmizə gətirənə və mühakimə orqanlarına təslim edənə qədər onlardan əl çəkməyəcəyik. Bütün yalanlar və iftiralar araşdırılaraq üzə çıxacaq".
Xatırladaq ki, Türkiyənin beynəlxalq axtarışa verdiyi mütəşəkkil qruplaşma rəhbəri Sedat Peker daxili işlər naziri Süleyman Soylu barədə videolar yayaraq müxtəlif iddialar səsləndirir.
Sorğu
Yeni dizaynımız necədir?