Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın və onun səbəb olduğu partlayış nəticəsində xəsarət alanların sayı 25 nəfərdən 30-a çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə FHN-dəki mənbə məlumat verib.
“Yanacaqdoldurma məntəqəsindəki yanğından sonra insanlar tibbi yardım üçün müraciət etməyə davam edirlər. Son məlumatlara görə, onların sayı 30 nəfərə çatıb. 5 nəfər ambulator yardım alır, qalanları xəstəxanaya yerləşdirilib”, - mənbə bildirib.
Onun sözlərinə görə, yaralıların əksəriyyəti yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. “Onlardan yeddisinin vəziyyəti ağır, qalanlarınınkı orta ağır və ya yüngüldür”, - mənbə vurğulayıb.
19:10 Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın və onun səbəb olduğu partlayış nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.
Bu barədə tibb işçiləri məlumat verib.
Daha əvvəl təcili tibbi yardım həkimi İrina Bolşakova 21 yaralı barədə məlumat vermişdi. Onun sözlərinə görə, yaralılar arasında 9 yaşlı uşaq da var.
FHN-dəki mənbə isə 17 nəfərin xəstəxanaya yatırıldığını bildirib.
17:23 Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 6 nəfər yaralanıb.
Partlayış şəhərin Qusinobrod şossesində olub.
Bildirilib ki, yaralılardan 4-ü hospitalda yanğın bölməsinə yerləşdirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?