Rusiya hərbçiləri Britaniya hərbi müdafiəgəmisinin yoluna doğru xəbərdarlıq atəşi açdığını deyirlər - Britaniya bu iddiaları qəbul etmir, Vladimir Putin deyib ki, Rusiyanın töhfəsi ilə Dağlıq Qarabağda "münaqişə dayandırılıb", Camal Kaşıkçını öldürənlər "ABŞ-da təlim keçiblə"r, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Rusiya Krım yaxınlığında Britaniya qırıcı gəmisinin yoluna doğru xəbərdarlıq atəşi açdığını bəyan edib, Britaniya Müdafiə Nazirliyi isə bu iddiaların doğru olmadığını bildirir.
Rusiya Müdafiə Nazirlyinə əsasən, Britaniya gəmisinə dövlət sərhədinin pozulması təqdirində silahdan istifadə ediləcəyi barədə ilkin xəbərdarlıq verilib.
"Xəbərdarlığa reaksiya verilmədi", -Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Hadisə ilə bağlı Moskvadakı Britaniya hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağrılıb.
Britaniya Müdafiə Nazirliyi isə bəyanat verərək bildirib ki, HMS Defender qırıcı gəmisinə atəş açılmayıb.
"...biz onun yoluna bombalar atıldığına dair iddiaları rədd edirik", Nazirliyin Tvitterdə yayılmış bəyanatında deyilir.
"Hesab edirik ki, rusiyalılar Qara dənizdə atəş təlimləri keçirib və öz fəaliyyətləri ilə bağlı beynəlxalq ictimaiyyətə əvvəlcədən xəbərdarlıq veriblər. Defender-ə doğru atəş açılmayıb və biz onun yoluna bombalar atıldığına dair iddiaları da rədd edirik", Britaniya MN bildirib.
Rusiya hərbçilərinə görə, yerli vaxtla saat 12:06 və 12:08-də Rusiyanın sərhəd patrul gəmisi xəbərdarlıq atəşi açıb və 12:19-da Su-24M təyyarəsi Britaniyanın "Defender" yoxedici gəmisinin hərəkət istiqaməti boyunca bombalar atılıb. Britaniya gəmisinin hərəkətinin qarşını almaq üçün dörd bombanın atıldığı bildirilir.
Saat 12:23-də, Qara Dəniz Donanması və Rusiya sərhəd xidmətinin birgə hərəkətləri nəticəsində "Defender" qırıcısı Rusiya Federasiyasının ərazi sularını tərk edib, Rusiya Müdafiə Nazirliyi bildirir.
Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti Ukrayna, İngiltərə və ABŞ xüsusi əməliyyat qüvvələrinin "Defender" gəmisinin göyərtəsində birgə təlim keçdiklərini bildirir.
28 iyun-10 iyul tarixləri arasında Qara dənizdə Ukrayna və NATO hərbi birləşmələrinin birgə Sea Breeze təlimləri keçirilməlidir.
Hadisəyə münasibət bildirən Ukraynanın Xarici İşlər Naziri, NATO ilə keyfiyyətcə yeni qarşılıqlı əlaqələrin zəruriliyini vurğulayıb.
"Ukrayna mövqeyinin bariz təsdiqi: Rusiya Federasiyasının Qara və Azov dənizlərindəki təcavüzkar və təxribatçı siyasəti, Krımın işğalı və hərbiləşdirilməsi Ukrayna və onun müttəfiqləri üçün davamlı təhlükədir", - Dmitro Kuleba öz Twitterində yazıb.
Qərb ekspertləri nə deyir?
"Krım, beynəlxalq hüquqa əsasən, əlbəttə ki, Rusiyaya məxsus deyil, çünki onun ilhaqı tanınmayıb", - Rusiya üzrə ən nüfuzlu avropalı mütəxəssislərdən biri, Britaniya Müdafiə Tədqiqatları Kral İnstitutunun mütəxəssisi Mark Galeotti deyir.
Onun yaydığı tvitə görə, rusiyalıları "çox təhrik etmədən", onun sularından gəmilərin keçməsi, göstərməlidir ki, qanun ərazilərin zorla ilhaqından daha üstün durur.
Galeotti qeyd edir ki, "Defender" gəmisinin Qara dənizə səfəri məhz Krımın ilhaqına qarşı nümayiş və Ukraynaya siyasi dəstək əlaməti olub.
Vladimir Putin bu məsələni Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransının iştirakçılarına ünvanlanan müraciətində şərh edib.
"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağdakı münaqişə dayandırılıb", - Kremlin.ru saytında Rusiya dövlət başçısının çıxışından iqtibas gətirilir.
Dağlıq Qarabağın statusu: Azərbaycan “tarixə qovuşub”, Ermənistan “müzakirə olunmalı”, Rusiya isə “unudulmadığını” deyir
"Rusiya sülhməramlıları bölgədəki əmin-amanlığı və təhlükəsizliyii etibarlı şəkildə təmin edirlər, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox şey edirlər", - Vladimir Putin deyib.
Onun sözlərinə görə, Rusiya bundan sonra da regional münaqişələrdə gərginliyin azalmasına sülhün və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verməyə davam etmək niyyətindədir.
İkinci Qarabağ müharibəsi - əsas hadisələrin xronologiyası
Kaşıkçını öldürənlər "ABŞ-da təlim keçiblər"
Washington Post qəzetinin səudiyyəli əməkdaşı Camal Kaşıkçının qətlində ittiham olunan 4 nəfər hadisədən bir il əvvəl ABŞ Dövlət Departamentinin təsdiqlədiyi xüsusi təlim proqramında iştirak ediblər, bu barədə New York Times qəzeti yazır.
Təlimlər ABŞ-ın Arkanzas ştatında özəl şirkət tərəfindən keçirilib. Məlumata əsasən, onun iştirakçıları Səudiyyə Ərəbistanı rəhbərliyinin mühafizəsini təmin edəcək əməkdaşlar olmalı idi.
“Meyit kəsəndə musiqiyə qulaq asıram”. Camal Kaşıkçını necə öldürüblər?
2017-ci ildə könüllü olaraq ABŞ-a sürgünə gedən Camal Kaşıkçı Səudiyyə hakimiyyətinin sərt tənqidçisi olub. O, 2018-ci ildə Səudiyyə xəfiyyələri tərəfindən bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilib.
Sorğu
Yeni dizaynımız necədir?