Rusiyanın Kalininqrad vilayətindəki Azərbaycan diasporunun rəhbəri vəfat edib.
Kalininqrad vilayətindəki Azərbaycan icmasının rəhbəri Tofiq Rzayev 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tofiq Rzayev 1951-ci ildə Neftçala şəhərində anadan olub. Peşə karyerasına Bakıdan başlayan T. Rzayev Azərbaycan və Rusiyada müxtəlif dövlət vəzifələrində çalışıb. O, bir müddət Milli Məclisdə çalışıb, daha sonra fəaliyyətini Rusiyanın Kalininqrad vilayətində davam etdirib. Kalininqrad vilayətinin qubernatorunun köməkçisi olan Tofiq Rzayev Vilayət Dumasında çalışıb, Kalininqrad ticarət-sənaye palatasının üzvü olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?