Türkiyədə koronavirusun "Delta" ştammına yoluxma sayı son bir həftə ərzində 3 dəfəyə yaxın artıb. Bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib. O bildirib ki, hazırda ölkə ərazisində "Delta" ştammına yoluxanların sayı 750 nəfərə çatıb. Ümumilikdə, bu ştamm 36 vilayət ərazisində qeydə alınıb. Bundan başqa, Türkiyənin 3 vilayətində 3 nəfərin "Delta plus" variantından müalicəsi davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?