Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirləri Şurasının Düşənbədə keçirilən iclasında Rusiya digər üzv ölkələri İranın ŞƏT-ə üzvlüyü barədə sifarişi bəyənməyə çağırıb.
Bu barədə Rusiya nümayəndə heyətindəki mənbəyə istinadla iyulun 14-də «TASS» agentliyi xəbər verib.
Rusiya nümayəndələrinin sözlərinə görə, İranın ŞƏT-ə daxil olması barədə sifarişinə 2008-ci ildən baxılır. Rusiya tərəfi hesab edir ki, ŞƏT-in inkişafı təşkilatın üzvlərinin sayının genişlənməsi ilə bağlıdır.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun ŞƏT XİN başçılarının görüşündə (Düşənbə) Tacikistan Prezidenti Emomoli Rəhmonla görüşdüyü xəbər verilmişdi.
Yaxın vaxtlarda görüşün yekunlarına əsasən birgə bəyanatın dərc olunacağı gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?