Kosovo prezidenti Vjosa Osmani, Türkiyənin müxtəlif şəhərlərində baş verən yanğınlarla əlaqədar həmrəylik mesajı yayıb. Xarici KİV xəbər verir ki, prezident Osmani həmrəylik mesajında Kosovanın bu çətin günlərdə türk xalqının yanında olduğunu təsdiqləyib, yanğınlardan zərər çəkmiş hər kəs üçün dua etdiklərini söyləyib. Qeyd edək ki, Osmani Kosovanın türk xalqı ilə tam həmrəy olduğunu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğana həyatını itirənlər üçün başsağlığı verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?