İranın yeni rəhbəri Rəisi ilə Makron bir saatlıq telefon söhbətində nəyi müzakirə edib?
İranın yeni prezidenti İbrahim Rəisinin öz vəzifəsini icra etməyə başlamasının ilk günlərində fransalı həmkarı ilə ikitərəfli əlaqələri inkişaf etdirmək üçün apardığı 1 saatlıq telefon danışığı xüsusi diqqət çəkib. Məlumdur ki, bu iki ölkə Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etmək üçün apardığı Vətən müharibəsi dövründə Ermənistana hər cür dəstək çıxdılar və hazırda bölgədə yeni reallıqlar fonunda yaşanan həssas dönəmdə onların müxtəlif mövzularda danışıqlar aparması xüsusi diqqət yetirilməli olan məsələdir. Güman ki, bu danışıqlarda Qarabağ mövzusundan da yan keçilməyib.
Tərəflər müzakirələr zamanı ilkin olaraq atom anlaşması barədə söhbət aparıblar və Rəisi bu xüsusda ölkəsinin narazı qaldığı məsələləri qarşı tərəfin diqqətinə çatdırıb. İbrahim Rəisi İranın yeni hökumətinin, yəni onun başçılığı altında ölkəsinin Fransa ilə munasibətlərin birgə mənfəətlər və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilməsini yüksək dəyərləndirdiyini deyib. Əlləri minlərlə günahsız iranlı siyasi məhbusun qanına batmış və qeyri-şəffar seçkilər nəticəsində prezidentlik kürsüsündə oturdulmuş Rəisini "prezident seçilməsi" münasibətilə təbrik edən Makron bölgədə sülh və əmin- amanlığın "təmin edilməsindən" ağız dolusu danışıb.
Yayılan rəsmi məlumatlarda tərəflərin Qafqaz bölgəsi ilə bağlı hansısa müzakirələr aparması ilə bağlı məlumat olmasa da, onların bir saatlıq telefon əlaqəsi ictimai şəbəkələrdə azərbaycanlılar tərəfindən narahatlıqla qarşılanıb. Vətən müharibəsi dövründə Azərbaycana hər cür böhtan atmaqla məşğul olan, ermənilərdən daha çox ermənilik edən Fransa və İran rəsmilərinin bu telefon əlaqəsi zamanı Qarabağla bağlı da hansısa yeni məkrli planlarını müzarkirə etmələri istisna deyil.
Sorğu
Yeni dizaynımız necədir?