GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İran həyasızcasına ermənilərlə iş qurduğunu elan edir: Bakı Tehrana güzəştə getməyəcək! - FOTO

İran həyasızcasına ermənilərlə iş qurduğunu elan edir: Bakı Tehrana güzəştə getməyəcək! - FOTO

Tarix: 20-08-2021, 19:32 Bölmə :Dünya Baxış: 358


Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ona dəstək olanları da, arxasınca məkrli planlar quranları da gördü. Çox təəssüf ki, ikincilərin sırasında milyonlarla soydaşımızın yaşadığı İran da yer aldı. O, İran ki, hələ işğal dövründə Azərbaycanın təcrid etdiyi Ermənistan üçün həmişə nəfəslik rolunu oynadı, işğalçıların qayğısına qaldı.

Azərbaycanın haqq savaşına başladığı, torpaqlarının azad edilməsi uğrunda döyüşlərə atıldığı bir zamanda İran öz sərhədlərini Ermənistana qanunsuz silah çatdırılması üçün taybatay açdı. Bu təxribata isə İranda yaşayan soydaşlarımız səssiz qala bilmədi. Yalnız onların əzmkarlığı sayəsində İran dövlətinin məkrli planı ifşa olundu və bütün dünyadakı azərbaycanlılar, həmçinin haqqı nahaqdan ayırmağı bacaran insanlar Tehranın əsl simasını görə bildi.

Əslində özünü İslam dünyasında lider obrazında görən İranın Qarabağda İslam mədəniyyəti nümunələri, məscidlər, tarixi abidələrin dağıdılmasına münasibətdə ölü sükutu nümayiş etdirməsi, müsəlmanların Allahın evi adlandırdıqları məscidlərin tövləyə çevrilməsi, möminlərin Tanrıya şükür üçün səcdəyə gedən alınlarının dəydiyi yerlərdə donuz saxlanılmasına səssiz qalması da məsələnin arxasında hansı bədnam maraqların dayandığını göstərirdi. İran öz siyasi maraqlarını təmin etmək üçün dünyanın bir çox yerində özünü “müsəlmanların hamisi” kimi qələmə verir. Amma yenə həmin o maraqların naminə - Qarabağda olduğu kimi – lazım gələndə məharətlə susur, görməzdən gəlir, hətta əli müsəlmanların qanına batanları müdafiə edir.

Ancaq zaman göstərir ki, hətta İran-Ermənistan birliyi belə Azərbaycan xalqının dövləti ilə dəmir yumruq kimi birləşməsinin qarşısına çıxa bilmədi. İranın gecəsini-gündüzünə qatıb ermənilərə çatdırmaq üçün dəridən-qabıqdan çıxdığı həmin “yardım”ların aqibətini isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müharibə günlərində nümayiş etdirdiyi kadrlar bütün dünyaya çatdırdı. Qarabağ zəfərimiz həm də İran İslam Respublikasının anti-islam mövqeyini bütün müsəlman dünyası qarşısında ifşa etdi, ortaya qoydu.

Görünür, bütün bunlar İran dövlətinə dərs olmayıb ki, yenə də - “sadəcə” erməni qardaşlarının eşqinə öz xalqının təmsil etdiyi bütün dəyərlərə xəyanət edərək, Ermənistana arxa-dayaq durmağa davam edir. Çünki müharibədən sonra İran TIR-ları Qarabağa – sülhməramlıların nəzarətindəki Laçın dəhlizi vasitəsilə “yük” daşımağa başladılar. Özü də həmin torpaqların əsl sahibindən icazə almadan, yalnız öz məkrli hədəflərinə çatmaq naminə...

Bu azmış kimi, İran indi də Qarabağın bərpası prosesinə sürətlə “qoşulub”. Özü də yenə ermənilər tərəfdən. Bu ölkədə fəaliyyət göstərən “jooiakar.com” saytında “Qarabağda tikinti işlərinə ustalar tələb olunur” başlıqlı elan yerləşdirilib. Özü də İran saytı həmin elanda utanmadan Qarabağın Ermənistan ərazisi olduğunu vurğulayır. Ustalara yüksək əməkhaqqı təklif edir.

Bu elan həm də İranın regionda qüdrətli Azərbaycanın varlığından narahatlığının elanı kimi oxunur. İran – utanmadan, həyasızcasına elan və etiraf edir ki, separatçıların yanındadır, terrorçularla iş qurur, qatilləri silahlandırır, qatillərlə qardaşlıq edir və yekunda onlardan heç də fərqlənmir.

Bütün bu sifətləri özündə daşımaq yəqin ki, bir dövlət üçün olduqca alçaldıcı, utancverici olmalıdır. Ancaq bu utanmaq hissi İran dövlətinə tanışdırmı, bunun özü də mübahisə mövzusudur.

Hər halda utanc hissinə sahib bir dövlət, səhvlərindən nəticə çıxarmağı bacarmalıdır. İran isə bu məsələdə də, bir çox digər işlərdə olduğu kimi bütün dünyadan geridə qalıb və görünür ki, heç yaxın onilliklər ərzində sivil dünyaya çata da bilməyəcək.

İranın artıq utanc hissini çoxdan unutduğunu nəzərə alaraq, səhvlərindən nəticə çıxarmaq naminə heç olmasa ağılla davranacağını düşünə bilərdik, çünki təkrar-təkrar eyni səhvi etmək ən azından axmaqlıqdan başqa bir şey deyil. Çünki eşşək belə palçığa bir dəfə batır. Lakin İran bunu belə bacarmır, müharibə zamanı darmadağın etdiyimiz kirli planların, çirkin hədəflərin, qanlı münasibətlərin arxasınca qaçır.

Hər halda utanc hissini itirmiş və ağılla hərəkət etməkdən məhrum bir rejimə bu iki anlayışın yoxluğu öz zərbəsini mütləq vuracaq.

İran saytına gəlincə, yəqin ki məscidin qapısı açıq olduğu bir şəraitdə itin abrına ümid bəsləmək gülünc səslənir. Ona görə də İran dövləti Qarabağa qanunsuz səfərlərə şərait yaratdığı üçün bu təxribatda birbaşa məsuliyyət daşıyır.

Qarabağın Ermənistan ərazisi kimi təqdim olunması isə sadəcə Azərbaycanın parlaq qələbəsindən doğan kibirin ifadəsidir. Çünki qüdrətli Azərbaycan dövləti, onun ordusu, Ali Baş Komandanı və bir yumruq kimi birləşən xalqı nəinki İrana və onun hamilik etdiyi Ermənistana, eləcə də bütün dünyaya Qarabağın əsl sahibinin kim olduğunu döyüş meydanında göstərdi və unudulmayacaq gözdağı verdi! Odur ki, İran arxa planda nə qədər kirli oyunlar oynasa da, üzdə heç vaxt bu həqiqəti inkar edə, Azərbaycanın ərazi bütövlüyünü sual altında qoya bilməz!

İrandakı səfalət və aclıqdan, ölkənin düçar olduğu böhran vəziyyətindən, acınacaqlı həyat şəraitindən bezib, həmin elana maraq göstərə biləcək şəxslərə də tövsiyəmiz var. Azərbaycan dövlətinin qüdrəti öz sərhədləri daxilində istənilən təxribatın qarşısını almağa, ona qarşı çalışan xarici qüvvələrin dərsini verməyə kifayət edər. Qarabağda bizə - Müzəffər Azərbaycan ordusuna qarşı vuruşanlar, irqindən, cinsindən və milliyyətindən asılı olmayaraq, Bakıda hakim qarşısına çıxarılıbsa, əmin olsunlar ki, terrorçulara istənilən cür “yardım edən”, hətta bizdən icazəsiz Qarabağda bir daşı belə yerindən qaldırmağa cəsarət edənlər də həmin qaydada cəzalandırılacaq. Azərbaycan nə qədər humanist və tolerant olsa da, bu məsələdə İrana da heç bir güzəştə getməyəcək.

Hələlik isə İran Qarabağda yaşayan ermənilərə “yardım”ı özünə dərd etməkdənsə, öz xalqının səfalət içindəki yaşayış şəraiti ilə maraqlansın. Çünki dünyada hansısa mövzuda, hansısa sahədə İrandan savayı Ermənistandan mədət umacaq ikinci bir dövlət yəqin ki, tapılmaz. Ona görə də, “Müsəlmanların hamisi”, “İslamın bayraqdarı” İranın peyvənd olunmaq üçün Ermənistana axışan vətəndaşlarını Tehrana xatırlatmaq istərdik. Bir halda ki, İran hətta tənəzzülə uğramış, səfil Ermənistandan da acınacaqlı vəziyyətdədir, o zaman qonşusunun işlərinə burnunu soxmaq əvəzinə, öz xalqının problemləri ilə məşğul olsun. Çünki İran bəlkə də sərsəm ideyaları naminə Azərbaycana qarşı təxribat xarakterli addımlarından utanmır, ancaq əminik ki, səfil Ermənistandan daha səfil vəziyyətə düşmək damğasından mütləq utanar...

Bu səfilliyin və rəzil durumun çarəsi isə regionda sülh və əmin-amanlığın bərqərar olmasıdır. Bu gün sülhün bərqərar olması prosesinə Azərbaycan bayraqdarlıq edir. Əgər İran növbəti dəfə “palçığa batıb”, Ermənistandan daha rəzil duruma düşmək istəmirsə, bu həqiqəti gec-tez qəbul edəcək!

Orxan Tağıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran Prezidenti Ermənistana gedir

    İran Prezidenti Ermənistana gedir ...

    2-09-2019, 10:25

  • 
  • “İran xalqı korrupsiya və ədalətsizlikdən yorulub” – ABŞ DÖVLƏT KATİBİ

    “İran xalqı korrupsiya və ədalətsizlikdən ...

    28-06-2018, 15:03

  • 
  • İran mahiyyətini açdı: Suriyanı Türkiyəyə qarşı dəstəkləyirik

    İran mahiyyətini açdı: Suriyanı Türkiyəyə qarşı ...

    3-02-2020, 16:26

  • 
  • Fars-molla rejimini həyasızlığı

    Fars-molla rejimini həyasızlığı ...

    18-12-2012, 12:15

  • 
  • İran neft planını açıqladı

    İran neft planını açıqladı ...

    17-04-2016, 13:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu