“Soverşenno sekretno” qəzetinin baş redaktor müavini Qriqori Nexoroşev Yeqorun qəbrini tapa bilmir. Bu barədə musavat.com-a istinadən məlumat verən Avrasiya.net-in xəbərinə görə, Rusiyanın bəzi media quruluşları özləri Yeqor Şerbakovun qətli ilə bağlı obyektiv araşdırma aparmaq qərarına gəliblər. Bu məsələdə sosial şəbəkələrin rolunu qiymətləndirməmək mümkün deyil. Azərbaycanın 1News.az saytının Facebook sosial şəbəkəsində apardığı araşdırmanın səsi qısa zaman sonra “Soverşenno sekretno” qəzetindən gəlib. Bir neçə gün öncə 1 News.az Facebook-da Yeqor Şerbakın tanışı Larisa Yakovleva ilə əlaqə qurub. Yeqorun dəfn mərasiminə qatılan Larisa bu haqda açıq qalan bir neçə suala cavab verib. Onun sözlərinə görə, Yeqorun qohumları məzarın yerini bəzi insanların bəd niyyətlərindən ehtiyatlandıqları üçün bəlli etmirlər. O, dəfndə iştirak etdiyini və meyiti gördüyünü deyib. Yeqorun sevgilisi Kseniya Popovanın Parisə getməsi də Larisanın sözlərinə görə dəqiq xəbər deyil: “Kseniya özü Rusiyanın bur neçə media orqanına verdiyi müsahibədə bu xəbəri təkzib edib”. “Yeqoru Orxan Zeynalovun qətlə yetirməsinə inanırsınızmı”, sualına cavabında Larisa Yakovleva Kseniyanın şahid ifadələrinə və istintaqın rəyinə tam etimad etdiyini deyib. O, bir sıra media orqanlarında Kseniyanın Orxanla tanış olması xəbərlərini də təkzib edib. Ancaq Larisa Yakovleva Yeqor Şerbakovun hansı səbəbdən pravoslav ayinləri nəzərə alınmadan tez-tələsik dəfn edilməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib: “Bu məsələlərdə xırdalıq axtarmağına dəyməz. Yeqoru öldürüblər. Bu faktdır”. 1News.az-ın bu yazışması Rusiyanın “Soverşenno sekretno” (“Tam məxfi”) qəzetinin baş redaktor müavini Qriqori Nexoroşevin diqqətini çəkib. O, Facebook-dakı səhifəsində Şerbakın qəbrini axtarsa da tapa bilməməsi haqqında status paylaşıb: “Yeqor Şerbakın dəfnində guya iştirak edən Larisa Yakovleva ilə əlaqə yaratmaq istədim. Qəribə məsələdir. Mən Yeqorun qəbrini tapa bilməməyim haqda status paylaşandan sonra Biryulovadan yazmışdılar ki, Rüstəm Ağadamov adlı istifadəçi Yeoqrun yaxın tanışı Larisa Yakovleva ilə əlaqə yarada bilib. O, yayılan şayiələrdən əsəbiləşib. Rüstəm Ağadamov Larisanın ünvanını yazmışdı. Bu da mənim Larisa ilə yazışmam: Qriqori Nexoroşev: Larisa, axşamın xeyir. Bağışlayın ki, xoş olmayan bir xahişlə müraciət eləyirəm. Siz mənə Yeqor Şerbakın məzarını göstərə bilərsinizmi? Mən onun sağ olması ilə bağlı kiminsə tərəfindən yayılan şayiələri yatırtmaq üçün yazı yazmaq istəyirəm. Öncədən təşəkkürlər. 23:41 Larisa Yakovleva: Yox. 23:42 Qriqori Nexoroşev: Larisa, siz həmkar kimi mənə izah edə bilərsinizmi, nəyə görə yox? Heç olmasa iki kəlmə ilə… Cavab yoxdur”. **** Göründüyü kimi, Rusiyanın rəsmi qaynaqları ciddi-cəhdlə olaya gerçəklik donu geyindirməyə çalışsalar da, açıq qalan ciddi suallar qəsdin qondarma olması ilə bağlı iddiaları gücləndirir. Mövzunu davam etdirəcəyik.
Sorğu
Yeni dizaynımız necədir?