Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib. Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub. Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb. Helikopterin axtarışında 13 nəfər və 3 texnika iştirak edib.
**** 00:07
Rusiyada Ka-27 model hərbi helikopterlə əlaqə kəsilib. Bu barədə "RİA Novosti" agentliyi mənbələrinə istinadən yazıb. Kamçatka ərazisində olan və göyərtəsində 4 nəfərin olduğu helikopterlə əlaqə qurmaq mümkün olmayıb. Helikopterin təlim uçuşu həyata keçirdiyi qeyd olunur.
Sorğu
Yeni dizaynımız necədir?