Gundemxeber.az » Dünya » Pakistanın Baş naziri ABŞ-ı Əfqanıstandakı hökuməti tanımağa çağırıb
"ABŞ-ın sabitliyi dəstəkləməyə səy göstərmək üçün Əfqanıstandakı hökuməti tanımaqdan başqa yolu yoxdur”.
Bunu Pakistanın Baş naziri İmran Xan “Middle East”ə müsahibəsində bildirib.
“Dünya Əfqanıstanla əməkdaşlıq etməlidir. Əgər “Taliban” sıxışdırılsa, o halda onun daxilindən ekstremistlər çıxa bilər. Bu da tamamilə mümkündür. Onlar “Taliban”ı 2000-ci ilə qaytarsalar, bu, faciə olacaq”, - o vurğulayıb.
İ.Xan bildirib ki, Əfqanıstan əhalisinin yarısı yoxsulluqdan da aşağı şəraitdə yaşayır: “Onun dövlət büdcəsinin 75 faizi xarici yardımların hesabına formalaşır. “Taliban”a qarşı embarqonun tətbiqi humanitar fəlakətə səbəb ola bilər”.
Qeyd edək ki, “Taliban” ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatlar siyahısındadır. Bu isə onlara ABŞbanklarındakı 10 milyard dollardan istifadəyə imkan vermir.
“Beynəlxalq ictimaiyyət Əfqanıstanı elə tərk edər ki, bu, ölkəni 1989-cu ilə qaytarar. Onda SSRİ və ABŞƏfqanıstanda xaos yarandı. 200 000 əfqanıstanlı bu xaos nəticəsində öldü”, - İ.Xan bildirib.
Pakistanın Baş naziri “Taliban”ın qurduğu müvəqqəti hökumətdən də danışıb: “Onlar düzgün çıxış ediblər. Başqa yolları da yoxdur. “Taliban”a vaxt vermək lazımdır. Ən yaxşısı onların yanında olub öhdəlikləri yerinə yetirməsini tələb etməkdir”./report.az/
16-07-2021, 11:33
20-11-2018, 10:38
26-05-2020, 21:30
17-12-2017, 22:45
23-08-2021, 11:59
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?