Ermənistan parlamenti müxalif “Hayastan” və “Şərəfim var” bloklarının Qarabağa dair birgə bəyanat layihəsinə səs verməyib.
Gundemxeber.Az virtualaz.org-a istinadla xəbər verir ki, həmin bəyanatda Azərbaycana qarşı ittihamlar yer alır və Qarabağa dair danışıqların Minsk Qrupu çərçivəsində aparılmalı olduğu göstərilir. Bəyanat parlamentdə qəbul edilmədiyindən onu “Şərəfim var” fraksiyasından deputat Tiqran Abramyan jurnalistlər qarşısında oxuyub.
Hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryan bildirib ki, həmin bəyanatda həm xarici, həm daxili siyasətə aid müddəalar var. Və ancaq müxalifətin mövqeyini əks etdirir. Amma bu cür mühüm məsələyə aid sənəd konsensus əsasında qəbul edilməlidir. Koncoryanın dediyinə görə, bəyanatın mətni parlament çoxluğu ilə müzakirə edilməyib. “Ona görə də biz səsvermədə iştirak etmədik”, - o bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?