GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Avropa İttifaqı Ermənistanı Qarabağa görə sıxmağa başladı

Avropa İttifaqı Ermənistanı Qarabağa görə sıxmağa başladı

Tarix: 11-02-2014, 16:26 Bölmə :Manşet Baxış: 886
Avropa İttifaqı Ermənistanı Qarabağa görə sıxmağa başladı
Ermənistanın Gömrük İttifaqına üzvlük qərarından sonra Avropa İttifaqı işğalçı ölkəyə qarşı Qarabağ məsələsi ilə bağlı təzyiqlərə başlayıb.

Virtualaz.org saytı bu barədə Ermənistan qaynaqlarına istinadən xəbər verir. Xəbərdə bildirilir ki, Avropa İttifaqı-Ermənistan Parlament Əməkdaşlığı Komissiyasının ötən həftə Strasburqda keçirilən iclasında birgə bəyanat qəbul etmək mümkün olmayıb. Buna səbəb bəyanat layihəsinin mətnində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın əleyhinə olan müddəaların yer almasıdır.

Ermənistanın parlamenti nümayəndə heyətinin üzvü Stepan Markaryan deyib: “Strasburqdakı iclas zamanı Avropa Parlamentinin nümayəndə heyəti bizə bəyanat layihəsi təqdim etdi və orada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfi üçün qəbuledilməz müddəalar yer alırdı. Bu müddəalar əvvəlcədən razılaşdırılmamışdı. Əlbəttə ki, biz bu müddəaların qəbul edilməsinin qeyri-mümkünlüyünü bildirdik və onların çıxarılmasını istədik. Lakin Avropa Parlamentinin təmsilçiləri bildirdilər ki, mətni dəyişə bilməzlər, çünki müddəalar Avropa İttifaqının Şurası tərəfindən razılaşdırılıb”.

S.Markaryan bildirib ki, Avropa İttifaqı Ermənistanın “sadəcə olaraq” Dağlıq Qarabağ məsələsində güzəştə getməli olduğunu hesab edir. Bu da İrəvanı qane etmir.

“Onlar açıq mətnlə bizə dedilər ki, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştlərə getməlidir, münaqişənin nizamlanması prosesinin bu qədər ləngiməsindən və digər məsələlərdən narazılıqlarını ifadə etdilər” - deyə deputat bildirib.

Avropa İttifaqı Ermənistanı Qarabağa görə sıxmağa başladı

Ermənistanda hesab edirlər ki, Avropa İttifaqının Dağlıq Qarabağ məsələsinə dair mövqeyini sərtləşdirməsi rəsmi İrəvanın MDB Gömrük İttifaqına üzvlük qərarından sonra başlayıb. Ermənistan-Avropa İttifaqı Parlament Əməkdaşlığı Komissiyasının üzvü, İrs Partiyasından deputat Tevan Poqosyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, Strasburqda avropalı parlamentarilər Ermənistanı “birtərəfli güzəştlərə getmədiyinə görə” açıq şəkildə qınayıblar.

“Onlar sanki Azərbaycan tərəfinin mövqeyini ifadə edirdilər - 5 ildir heç bir irəliləyiş yoxdur, bu müddət ərzində siz heç nə etməmisiniz, hansısa birtərəfli güzəştə getməmisiniz və s. Deyirdilər ki, Minsk Qrupunda Fransanı Avropa İttifaqı ilə əvəzləməyin vaxtı çatıb, Ermənistan isə buna razılıq vermir. Aydın idi ki, onlar bizim izahatlarımızı heç eşitmək də istəmirlər. Ən maraqlısı da bu idi” - deyə Poqosyan bildirir.

Bildirilir ki, Ermənistan nümayəndə heyətinin üzvləri danışmaq istəyəndə və avropalı parlamentarilərin iradlarına cavab vermək istəyəndə onlara heç kim qulaq asmaq istəməyib. Bunu vaxtın olmaması ilə əsaslandırıblar.

Nümayəndə heyətinin digər üzvü Aqvan Vardanyan isə deyib ki, Strasburqda yekun bəyanatın imzalanmamasının günahı hakim partiyadan olan deputat, nümayəndə heyətinin rəhbəri Samvel Farmanyanda olub.

Avropa İttifaqı Ermənistanı Qarabağa görə sıxmağa başladı

“Mənim qənaətimə görə, bizim nümayəndə heyətinin başçısı bu bəyanatın qəbul edilməməsində öz rolunu oynadı. Bəyanatda Qarabağa dair üç müddə var idi, onlardan cəmi biri problemi idi və neytrallaşdırmaq olardı” - deyə o bildirib.

S.Farmanyan isə bu məsələyə aydınlıq gətirmək istəmədiyini, daha sonra mətbuat konfransı keçirib açıqlama verəcəyini deyib.

Bununla belə Samvel Farmanyan facebook səhifəsində yazıb ki, Avropa İttifaqının Qarabağ məsələsində mövqeyini sərtləşdirməsi Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarına cavabdır.

“Ən çox narahatlıq doğuran odur ki, Avropa Parlamentinin bəzi üzvləri Ermənistanın xarici siyasəti ilə bağlı qərarına cavabı Qarabağ məsələsində daha sərt mövqe tutmaqla verməyə çalışır” - deyə o yazıb.

Deputat Tevan Poqosyan da Avropa İttifaqının Qarabağ məsələsində daha sərt mövqe tutmasını Gömrük İttifaqı qərarı ilə əsaslandırır. O, qeyd edir ki, son 5-6 ildə Avropa İttifaqı heç vaxt Azərbaycanla birgə bəyanat imzalamamışdı. Çünki Bakını Avropa İttifaqının Qarabağ məsələsində balanslı yanaşmasına qarşı idi. Ancaq indi Ermənistan özü bu vəziyyətə düşdü.

Qeyd edək ki, bundan əvvəl Avropa Parlamenti Ermənistanı işğalçı kimi tanıyan, erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmasını tələb edən qətnamələr qəbul edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Strasburqda qalmaqal: Azərbaycan nümayəndə heyəti Krımın işğalını dəstəklədi

    Strasburqda qalmaqal: Azərbaycan nümayəndə heyəti ...

    27-03-2014, 09:36

  • 
  • Erməni-gürcü savaşı böyüyür

    Erməni-gürcü savaşı böyüyür ...

    5-05-2015, 22:45

  • 
  • Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq etməyə çağırdı

    Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq ...

    10-09-2015, 18:38

  • 
  • AŞ PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

    AŞ PA-nın qış sessiyasında Dağlıq Qarabağ ...

    14-01-2016, 17:14

  • 
  • “Qarabağ probleminin həlli imkanı yaranır”

    “Qarabağ probleminin həlli imkanı yaranır” ...

    21-11-2013, 11:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu