ABŞ hərbi-hava qüvvələrinin (HHQ) B-1B Lancer bombardmançıları yeni başlıca tapşırığı məşq edirlər - Rusiyanın Baltik və Qara dəniz donanmalarını məhv etmək.
Bu barədə «Forbes» yazıb.
«İki B-1 Baltik donanmasına 4LRASM (uzaq məsafəli gəmi əleyhinə raket) buraxa bilər. Bu, tam kifayət edər ki, birdəfəyə bütün donanma məhv edilsin və ABŞ-ın və müttəfiqlərinin gəmilərinə başlıca təhlükə aradan qaldırılsın» - məqalədə deyilir.
Bundan başqa, nəşrin təsdiqlədiyi kimi, uzun məsafəli olması sayəsində LRASM B-1 Rusiya gəmilərini Qara dənizin istənilən nöqtəsindən, NATO məkanından atəşə tuta bilər.
Rockwell B-1B Lancer - Amerikanın səsdən iti uçan strateji bombardmançısıdır. Təyyarə mürəkkəb taşırıqları yerinə yetirmək, məsələn, təhlükəsiz məsafədən JASSM-ER və LRASM qanadlı raketlərin atışını həyata keçirmək qabiliyyətindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?