GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin müharibəyə hazırlaşır? - GƏLİŞMƏ

Putin müharibəyə hazırlaşır? - GƏLİŞMƏ

Tarix: 15-11-2021, 17:32 Bölmə :Dünya Baxış: 286


Rusiya Ukrayna ilə, onun əsas müttəfiqi Belarus isə Polşa ilə sərhəddə qoşun toplayır. Bu günlərdə Belarus rəhbəri Aleksandr Lukaşenko Polşa ilə sərhəddə vəziyyətlə bağlı müharibə ehtimalını dilə gətirərək, rusiyalı həmkarı Vladimir Putindən bir neçə divizion "İsgəndər" raketlərinin verilməsini xahiş edib.

Belarus hərbçiləri hələlik ölkə ərazisinə yerləşdirilmiş miqrantlardan Polşa və Baltikyanı ölkələrə qarşı destabilizasiya amili kimi istifadə etməyə çalışırlar. Rusiya-Belarus ittifaqının miqrantlardan istifadə etməkdə digər bir məqsədi də yüksək ehtimalla Avropa Birliyi və ya ona üzv olan ölkələrlə son seçkilərdən sonra legitimliyi tanınmayan rəsmi Minsk arasında birbaşa təmaslara nail olmaqdır.

“Belə təmaslar Lukaşenkonun beynəlxalq səviyyədə de-fakto tanınmasına və Belarusun təcrid vəziyyətindən çıxmasına xidmət edə bilərdi. Amma belə görünür ki, Avropa Birliyinin bu cür planları yoxdur”.

Modern.az-ın məlumatına görə, bunu “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu vəziyyəti şərh edərkən deyib.

“Brüsseldə Belarusa qarşı yeni sanksiyalara hazırlıq getdiyi, Polşanın isə Belarusla həmsərhəd bölgələrə 15 minədək hərbçi yerləşdirdiyi bildirilir.

Polşa və Litva miqrantların ölkə ərazisinə daxil olmaq cəhdlərinin Belarusun dövlət orqanları tərəfindən açıq şəkildə təhrik edildiyini bildirir. Rəsmi Belarus mətbuatı isə Avropanın miqrant məsələsini Minskə sanksiyalar tətbiq etmək məqsədilə süni şəkildə qabartdığını və bunun arxasında təbii qazla bağlı problemlərin dayandığını iddia edir.

ABŞ dövlət departamenti ölkəsinin Polşaya dəstəyini ifadə edən bəyanat yayıb, Polşa, Litva və Latviya isə NATO nizamnaməsinin 4-cü maddəsinin tətbiqi haqda məsləhətləşmələr aparırlar. Xatırladım ki, bu maddədə təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhdid görən alyans üzvünün müraciəti əsasında NATO Şurasının çağırılması təsbit olunub.

Yaranmış vəziyyətdə sanksiyaların davam edəcəyi halda Avropanı ərazisindən keçən Rusiya qazını bağlamaqla təhdid edən Belarusla Brüssel arasında yaranmış gərginliyin aradan qaldırılmasına öz vasitəçiliyini təklif edən Rusiya sinxron davranış nümayiş etdirir. Daha doğrusu Minsk Moskvanın proksisi (proxy) rolunu oynayır”,- Ə.Oruclu deyib.

Politoloqun sözlərinə görə, Rusiyadan açıq dəstəklənən seperartçılar tərəfindən işğal olunmuş Şərq sərhədləri boyu Moskvanın qoşun yığdığını bəyan edən Kiyevdə isə Rusiyanın mümkün hərbi təcavüzü barədə müzakirələr günbəgün artmaqdadır.

“Amma ölkə həm də fəal addımlar atır. Bu günlərdə Ukrayna ilk dəfə Türkiyədən aldığı PUA-ları real döyüş şəraitində uğurla sınaqdan keçirib.

Paralel olaraq bu ölkənin xüsusi xidmət orqanları Rusiya casus orqanlarının qondarma DNR ərazisindəki keçmiş zavod binalarından birində törətdikləri kütləvi işgəncə və vəhşiliklərə dair xüsusi əməliyyat keçirdi. İşgəncələrdə cəllad rolunu oynamış şəxs həbs olunduqdan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşlarının işgəncələrdə və qətllərdə iştirakını təsdiqləyib.

Amma bütün bunlara rəğmən Rusiya rəsmilərinin bəyanatlarından görünən budur ki, Moskva hər hansı mümkün hərbi münaqişədə tərəf kimi görünməməyə çalışır. Eyni əlamətlər də Vaşinqtonun davranışında sezilməkdədir. Burdan belə qənaətə gəlmək olar ki, NATO ilə Rusiya arasında birbaşa toqquşma ehtimalı çox da yüksək deyil.

Amma Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsi hərblə sülh arasında hələ də qalmaqda olan kövrək balansı birincinin xeyrinə dəyişə bilər. Belə görünür ki, Moskvada da bunu yaxşı anlayırlar, ona görə də Rusiya bütün mümkün variantlara hazırlaşmaqdadır. Özü də təkcə hərbi baxımdan deyil”.

Ə.Oruclunun sözlərinə görə, Rusiyanın öz qərb cinahında hərbi münaqişəyə cəlb olunması onun digər qonşularına da təsirsiz ötüşməyə bilər.

“İlk növbədə də Gürcüstana və Azərbaycana. Belə ki, Moskvanın öz qərb cinahında qazana biləcəyi onun dəstəklədiyi separatçıların nəzarətindəki qondarma DNR, itkisi isə Belarus ola bilər.

Şübhəsiz ki, hər iki mövqe Rusiya üçün önəmlidir, xüsusilə də Belarus, amma Moskva üçün heç də az əhəmiyyət kəsb etməyən onun cənub istiqamətindəki hərbi-strateji planlarıdır. Yaxın Şərqə çıxış Moskva üçün həyati əhəmiyyət kəsb edir, çünki əks halda imperiya öz sərhədləri hüdudlarında qalmağa məhkum olacaq.

Təsirini öz sərhədlərindən kənara yaya bilməyən imperiya isə artıq imperiya olmur. Moskvada da bunu yaxşı anladıqlarından hələlik "səngərdə" qalıb aradabir "qumbara" atmağa üstünlük verirlər. Bu isə o deməkdir ki, Moskva səngərdən çıxmağın nəticəsinin onun xeyrinə olacağına əmin deyil”. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Litva Avropa İttifaqını Belarus müxalifətinə yardım etməyə çağırıb

    Litva Avropa İttifaqını Belarus müxalifətinə ...

    7-09-2020, 11:42

  • 
  • Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik”

    Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik” ...

    22-04-2016, 00:25

  • 
  • Lukaşenko Rusiyanı hədələdi

    Lukaşenko Rusiyanı hədələdi ...

    11-01-2019, 11:46

  • 
  • Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması yeritdi

    Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması ...

    5-08-2020, 16:10

  • 
  • Ukrayna və Belarus ortaq telekanal yaradır

    Ukrayna və Belarus ortaq telekanal yaradır ...

    21-12-2014, 21:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu