Rusiyada koronavirusa qarşı peyvənd edilmiş əhalinin tələb olunan səviyyəsinə nail olmaq üçün kampaniya yaxın gələcəkdə başa çatdırılmalıdır.
Gundemxeber.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.
"Mən inanıram ki, peyvəndləmə tamamlana bilər və tamamlanmalıdır da. Həm də bir neçə həftə ərzində", - o deyib.
Muraşkonun sözlərinə görə, "alternativ sadədir: peyvənd etmək istəmirsinizsə, evdən bayıra çıxmayın”.
Bundan əvvəl baş nazirin müavini Tatyana Qolikova Rusiyada kollektiv immunitetin 90-95% səviyyəsinə çatdırılmasının arzulanan olduğunu, lakin indiyədək onun azı 80% səviyyəsində qaldığını bildirib.
Sorğu
Yeni dizaynımız necədir?