Miqrasiya böhranı ilə bağlı Rusiya və Belarusa təzyiqlər artırılmalıdır.
Bu sözləri Polşanın baş nazirinin müavini, Mədəniyyət və Milli irs naziri Pyotr Qlinski "Polska Times”a deyib.
"Mən olsam, hətta bu iki ölkənin bir çox beynəlxalq təşkilatlardan, eləcə də onlar üçün vacib olan idman növlərindən kənarlaşdırılması imkanlarını nəzərdən keçirərdim”, - deyə baş nazirin müavini bildirib.
Xatırladaq ki, Polşa hakimiyyəti Belarus rəhbərliyini miqrantlarla sərhəddə vəziyyəti gərginləşdirməkdə ittiham edir. Varşava əmindir ki, Minsk miqrantları sonradan Avropa İttifaqı ilə sərhədə göndərmək üçün qəsdən cəlb edir, Aİ-də vəziyyəti destabilləşdirir. Eyni zamanda, Rusiya da bu əməliyyatda iştirak edir.
Eyni zamanda, Minsk hesab edir ki, bu vəziyyətin yaranmasında günahkar Qərb dövlətləridir, onların hərəkətlərinə görə insanlar müharibədən qaçır və Rusiya Federasiyası da Moskvaya qarşı ittihamları problemləri başqaların üstünə atmaq cəhdi hesab edir.
GUNDEMXEBER.AZ
Sorğu
Yeni dizaynımız necədir?