Gundemxeber.az » Dünya » Ermənistanda Rusiya jurnalistini ölkədən qovmağı tələb edirlər - TƏFƏRRÜAT
Semyon Peqov daha çox İkinci Qarabağ Müharibəsində tanındı. O, cəbhə xəttinin Ermənistan tərəfindən reportajlar hazırlamaqla gündəmə gəlmişdi. İş orasındadır ki, Azərbaycana qarşı bifrət dolu reportajlar hazırlayan bu jurnalist özünün “WarGonzo” kanalında yalnız qərəzli mövqe ortaya qoyurdu.
Semyon Peqov keçən ilin payızında Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca inamla irəliləməsinə rəğmən Ermənistan əhalisini torpaqların itirilmədiyinə inandırmağa çalışırdı. Müharibə başa çatandan sonra jurnalist ortadan qeyb oldu. Onun Xabarovska qaçdığı bildirildi.
Semyon Peqov yenə cəbgə bölgəsində peyda olub. Qərəzli reportajlar bir-birini əvəz edir. Amma bu dəfə Ermənistanda ona inanmağa tələsmirlər. Əksinə, Rusiya jurnalistinin reportajları qəzəblə qarşılanır. Sosial medianın Ermənistan seqmentində ona qarşı ağır ifadələr işlədilir. Onlar Peqovun ölkəni tərk etməsini istəyirlər. “YouTube” portalındakı videoların rəy bölümündə də bənzər ifadələrə rast gəlmək mümkündür.
Artıq Ermənistan xalqı da başa düşməyə başlayıb ki, Peqov onların dostu deyil, sadəcə, öz ambisiyalarının əsiridir. Həqiqət harada və necə olusa, olsun, Peqov üçün fərqi yoxdur, bütün hallarda Azərbaycan və Türkiyənin əleyhinə danışır. Ermənistanda isə artıq yalanların hansı faciələrə yol açdığını görənlərin sayı artmağa başlayıb./bizimyol.info/
25-11-2020, 12:20
16-10-2020, 13:58
14-05-2019, 15:00
16-08-2017, 17:30
1-08-2014, 19:20
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?