Ermənistan silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq və korrupsiya halları ən çox mübahisələrə səbəb olan mövzudur.
Erməni KİV xəbər verir, bu günlərdə daha bir rüşvət qalmaqalı Ararat vilayətinin Armaş yaşayış məntəqəsində yerləşən hərbi hissədə baş verib. Belə ki, burada xidmət edən bir neçə hərbçi tərxis olunmaq üçün komandanlığa müraciət ediblər. Müraciətlərinə uzun müddət cavab almayan şəxslər bunun səbəbi ilə maraqlanıblar. Cavabında isə ehtiyata buraxılmaq istəyən erməni hərbçiləri Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan külli miqdarda rüşvət tələb olunub. Erməni hərbçiləri müraciətlərinə müsbət cavab verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Sorğu
Yeni dizaynımız necədir?