Türkiyənin Daxili İşlər Nazirliyi Ağrı, Ərzurum və Qarsda "Eren Kış-10” adı altında antiterror əməliyyatı keçirir.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamaya əsasən, PKK terror qruplaşmasını ölkənin gündəliyindən çıxarmaq və bölgədə yerləşdiyi ehtimal edilən terrorçuların zərərsizləşdirilməsi məqsədilə Ağrı, Ərzurum və Qarsdakı əməliyyat keçirilir.
Bildirilib ki, Ərzurum Jandarm bölgə Komandanlığının cəlb edildiyi əməliyyatda yerli Jandarm Komandosu, Jandarm Xüsusi Təyinatlı Dəstəsi, təhlükəsizlik qoruyucularından ibarət 790 şəxsi heyətlə 70 komanda iştirak edir.
Sorğu
Yeni dizaynımız necədir?