SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) PKK tərəfindən partladılan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə bağlı son durumu açıqlayıb.
Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin Trend-ə verdiyi məlumata əsasən, Türkiyənin Dövlət Boru Kəməri Şirkəti "BOTAS" Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin partlamış hissəsini bərpa edir:
"BOTAS qaz kəmərində təmir işləri ilə bağlı SOCAR-ı daim məlumatlandırır. Onların hesablamalarına əsasən, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?