Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvilinin ölkədən çıxması ilə bağlı daxili yoxlama keçirib, nəticədə idarənin bir sıra əməkdaşları intizam tənbehi alıb.
Bu barədə Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko bildirib. “Dövlət Sərhəd Xidməti Saakaşvilinin dövlət sərhədinin qanunsuz keçməsinin mümkünlüyü ilə bağlı xidməti araşdırma aparıb. Sərhəd bölməsinin, sərhəd dəstəsinin və Cənub Regional İdarəsinin rəhbərliyinin məsul şəxsləri vəzifələrindən uzaqlaşdırılıb. Araşdırmanın nəticələrinə əsasən, Ukrayna Dövlət Sərhəd Xidmətinin bu bölməsinin bir sıra vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb ediliblər”, - o bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?