Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili ukraynalılardan onu dəstəkləməyi və "Facebook"da #FreeMisha kampaniyasına qoşulmağı xahiş edib.
Saakaşvilinin Ukrayna vətəndaşlığı olduğu üçün prezident Vladimir Zelenski daha əvvəl Saakaşvilinin qaytarılması ilə şəxsən o və Ukrayna hakimiyyətinin məşğul olacağını qeyd edib. Gürcüstan prokuroru Jarji Tsiklauri bildirib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsinə baxılmır. Qeyd edək ki, eks-prezident 50 gündür aclıq aksiyası keçirdiyini, döyüldüyünü və işgəncələrə məruz qaldığını xatırladıb və “ölməyə çox yaxın olduğunu” deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?