GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistanda “sıfır məbləğli oyun”

Ermənistanda “sıfır məbləğli oyun”

Tarix: 18-12-2021, 12:38 Bölmə :Dünya Baxış: 312

Miqrasiya, başıpozuqluq, pessimizm əhval-ruhiyyəsi Ermənistan cəmiyyətinin üzləşdiyi ən ciddi problemlər sırasında yer almaqda davam edir. Nüfuzlu Rusiya və Qərb nəşrləri artıq neçənci dəfədir ki, ölkədəki xaos və anarxiya, nifrət əhval-ruhiyyəsinin artmasını qabardır. Bu günlərdə BBC-nin Azərbaycan və Ermənistanda apardığı sorğu dəhşətli bir nəticəni ortaya çıxarmış oldu. Görünən odur ki, nifrət, türkofobiya erməni cəmiyyətinin qanına elə girib ki, bundan qurtulmağa on, bəlkə də, yüzilliklər gərək olacaq. Əksinə, Azərbaycanda rəyi soruşulanların əksəriyyəti ermənilərin yaşatdıqları vəhşətlərə baxmayaraq, mehriban qonşuluq münasibətlərinin bərpasından danışıblar. Ermənilər müharibədəki biabırçı məğlubiyyətdən, ölkədəki sosial gərginlikdən dərs çıxarmaq əvəzinə, yenə də revanşizmdən, başqasının torpağına göz dikməkdən dəm vurublar.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

“İyun ayında keçirilən növbədənkənar parlament seçkiləri Ermənistanı Qarabağ müharibəsindən sonra düşdüyü siyasi böhrandan çıxarmağa kömək etmədi. Rusiyanın yardımı ilə əldə edilən atəşkəs Ermənistanın hərbi məğlubiyyətini təsdiq etməklə yanaşı, həm də ölkədə ağır böhrana səbəb olub, hakimiyyətin sabitliyinin pozulmasına, siyasi parçalanmanın artmasına və ölkənin siyasi sisteminin daha da qütbləşməsinə gətirib çıxarıb”. 

Bu fikirlər dünyaca məşhur “Emerging Europe” nəşrində dərc olunan məqalədəndir. Müəllif yazır ki, hazırkı administrasiyaya qarşı çıxan siyasi partiyalar üçün atəşkəs şərtləri baş nazir Nikol Paşinyanın mövqeyini şübhə altına alıb. “Bu partiyaların nümayəndələri atəşkəs rejiminin qüvvəyə minməsindən sonra keçirilən etiraz və nümayişlərdə Paşinyanı vətənə xəyanətdə ittiham edərək, daim onun istefası tələbi ilə çıxış edib. Ermənistanın sarsıdıcı hərbi məğlubiyyətinə baxmayaraq, Paşinyan iyunda keçirilən parlament seçkilərində qalib gəlib. Amma bu, cəmiyyətin Paşinyana üstünlük verməsi ilə deyil, Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti zamanı ictimaiyyətdə formalaşan ağrılı xatirələrlə bağlıdır”, - deyə məqalədə bildirilir.

Paşinyanın tərəfdarları keçmiş prezident Köçəryanı Ermənistanı Azərbaycanla müharibədə məğlubiyyətə məhkum vəziyyətə salmaqda günahlandırırsa, qarşı tərəf də məğlubiyyəti Paşinyanın naşılığı ilə əlaqələndirir. Başqa sözlə, Paşinyan və Köçəryan ölkəni xaosa sürükləyən real və potensial çatışmazlıqlara, yaramazlıqlara görə bir-birini ittiham edirlər. Məqalədə qeyd edilir ki, bütün bunların fonunda müharibədən sonra Ermənistan həll olunmamış problemlərdən, o cümlədən koronavirus pandemiyası və iqtisadi dağıntılardan əziyyət çəkir.  Ermənistanda daxili siyasi vəziyyət ən sadə formada “sıfır məbləğli oyun” prinsipi ilə təsvir olunur. Vurğulanır ki, təhlükəsizlik təhdidləri aparıcı siyasi oyunçular arasında ziddiyyətləri azaltmır. Ölkədəki siyasi qeyri-sabitlik pandemiya və iqtisadi geriləmə şəraitində dəhşətli yanlış idarəetmə ilə daha da çətinləşib.

Dünya Bankının məlumatına görə, koronavirus pandemiyası və Qarabağdakı müharibə Ermənistanda iqtisadi artımı nəinki ləngidib, 7,4 faiz azalmasına da səbəb olub. Bu, xüsusilə şəhər əhalisi arasında yoxsulluğun artmasında özünü büruzə verir. İctimai narazılığın fərqində olan Ermənistan hökuməti yorulmadan mediaya və siyasi cəhətdən həssas məsələlərlə bağlı ictimai müzakirələrə nəzarət etməyə çalışır. Oktyabrın 9-da Ermənistanın Konstitusiya Məhkəməsi bu il qəbul edilmiş qanunu təsdiqləyib. Bu qanun şəxsləri “ictimai fəaliyyəti” ilə əlaqədar təhqir etməyə görə cərimənin həcmini əhəmiyyətli dərəcədə artırıb. Əslində, qanun qeyri-demokratik hökumətlərin hökumət əleyhinə müxalifəti yatırtmaq üçün gördüyü tədbirlərə uyğundur.

2018-ci il “məxməri inqilab” zamanı erməni xalqının daha demokratik ölkədə yaşamaq kimi səmimi bir istəyi var idi. Paşinyan qərbyönlü baxışları ilə tanınır, dəfələrlə Rusiyaya qarşı sərt fikirlər səsləndirirdi. Lakin Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəs bəyannaməsi bu ölkənin Ermənistanda “xilaskar” imicini gücləndirdi. “İllər əvvəl Ermənistanda sovet hakimiyyəti qurulandan sonra ilk erməni baş naziri, daşnak Ovannes Kaçazuni demişdi: “Biz dövlətçiliyimizin ilk günündən yaxşı bilirdik ki, Ermənistan kimi kiçik, kasıb, imkansız və təcrid olunmuş bir ölkə heç zaman müstəqil və azad ola bilməz. Biz bolşeviklərə minnətdar olmalıyıq. Bizi devirməklə onlar ölkəni daha təhlükəsiz yola apardılar”, - deyə Qərb nəşri daşnak liderin sözlərini sitat gətirib.

Beləliklə, bir əsr sonra erməni siyasi düşüncəsi ölkəni böyük mənada “çarəsiz” kimi qəbul edir. Müasir siyasətçilər Rusiyanı müttəfiq kimi görür. Ən diqqətçəkən istisna isə Rusiyanı Ermənistanı dağıtmaqda ittiham edən Milli Demokratik Qütbdür (indi bu ad altında millətçi “Sasna Tsrer” qrupu fəaliyyət göstərir). İyun ayında keçirilən növbədənkənar parlament seçkilərində partiya 2%-dən az səs toplayıb. Beləliklə, gəlinən nəticə budur ki, Ermənistanda qeyri-müəyyənlik, sabitsizlik hələ uzun müddət davam edəcək. Əgər erməni xalqı bütün bunlardan nəticə çıxarmasa, qarşıda onu hələ uzun məşəqqətli illər gözləyəcək.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda növbədənkənar parlament seçkiləri

    Ermənistanda növbədənkənar parlament seçkiləri ...

    27-05-2021, 11:05

  • 
  • Ermənistanda növbədənkənar parlament seçkiləri və referendum keçirilə bilər

    Ermənistanda növbədənkənar parlament seçkiləri və ...

    1-03-2021, 21:35

  • 
  • Amerikalı analitik: "Ermənistan mina xəritələrinin təhvil verilməsindən boyun qaçıra bilməz"

    Amerikalı analitik: "Ermənistan mina ...

    18-06-2021, 14:11

  • 
  • Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi nifrət təbliğatı aparır”

    Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi nifrət ...

    7-07-2017, 12:10

  • 
  • ​Ermənistan müxalifətindən seçkilərlə bağlı - Sərt bəyanat

    ​Ermənistan müxalifətindən seçkilərlə bağlı - ...

    11-12-2018, 00:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu