GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “AVROPADA SÜLHÜN SON ŞANSI” – Putinin “vazkeçilməz” təklifləri Qərbi çətinə salıb

“AVROPADA SÜLHÜN SON ŞANSI” – Putinin “vazkeçilməz” təklifləri Qərbi çətinə salıb

Tarix: 22-12-2021, 17:43 Bölmə :Dünya Baxış: 343

Rusiya NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq üçün müxtəlif variantlardan istifadə edir. Valdimir Putin Ukrayna sərhədi yaxınlığına qoşun yığmaqla təkcə əzələ nümayiş etdirmir, həm də real addımlar atmaq niyyətini göstərir. Bu addımlar isə Ukraynaya qarşı təcavüz və Avropaya nəql edilən təbii qazın kəsilməsi ola bilər.

Rusiya anlayır ki, Qərb Ukraynaya təcavüzə etinasız yanaşmır və bunun olmasını qətiyyən istəmir. Ona görə də ABŞ və NATO-ya təklif irəli sürüb. Moskvanın bu təklifi ultimatum xarakterlidir. Bəlkə də Rusiyanın NATO-nun qarşısında bu cür uca səslə tələb qoymasının başlıca məqsədi heç olmasa, Ukraynanın alyansa daxil edilməyəcəyi təminatının alınmasına nail olmaqdır. Ancaq əgər NATO-nun şərqə doğru genişlənməklə əlaqədar strateji planı varsa, o zaman Kremlin işi xeyli müşkül olacaq. Rusiya Prezidenti Vladimir Putinin ABŞ və NATO qarşısında qoyduğu tələblər beynəlxalq aləmdə rezonans doğurub və siyasi icmalçılar tərəfindən birmənalı qarşılanmayıb. 

Sözügedən mövzuyla bağlı “AzPolitika.info” dünya KİV-lərində gedən bəzi fikirləri təqdim edir.

ABŞ-ın “The Wall Street Joural” qəzeti “Vladimir Putin öz dəyərini söyləyib” başlıqlı məqaləsində yazır: ”Rusiya payızda qoşunlarını Ukrayna sərhədi boyunca toplayaraq potensial hücum üçün əsas yaratdı. ABŞ və Avropanın reaksiyaları hələlik birmənalı və aydın deyil. Hələ ki, Vladimir Putinin qarşısının alınması üçün tədbirlər görülməyib.

Moskvanın tələblərindən də göründüyü kimi, onlar istəyirlər ki, NATO şərqə doğru genişlənməsin və hərbi fəaliyyət teatrındakı aktivliyini dayandırsın. Bu, Ukraynanın alyansa üzv olmasına veto qoyulması və faktiki baxımdan NATO-nun Polşa, Estoniya, Latviya və Litvaya hərbi güc yerləşdirməsinə qadağa qoyulması anlamına gəlir.

Sözsüz ki, Putin Latviya ordusunun Moskvaya doğru yürüş edəcəyindən qorxmur. Onun məqsədi Kremlin Mərkəzi və Şərqi Avropa üzərində hegemonluq qurmasıdır. Putinin güc nümayiş etdirməsinin əsas hədəflərindən biri də Qərbdən Baydenin may ayında “Şimal axını-2” qaz boru kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı qoyulmuş sanksiyaları qaldırmasına bənzər güzəştlər qoparmaqdır.

Putinin tələbləri onun inamını və hətta əminliyini göstərir ki, Qərb Rusiyanı dayandırmaq üçün ciddi heç nə etməyəcək. Və həqiqətən də nə Bayden, nə də Avropa bu istiqamətdə hələlik heç bir tədbir görməyib”. 

Xorvatiyanın “Advance” portalı “Avropada sülhün son şansı” məqaləsində Rusiyanın tərtib etdiyi və ABŞ ilə NATO-ya göndərdiyi sənədin mahiyyətinə toxunur. Məqalədə deyilir: ”Konkret olaraq söhbət nədən gedir? Rusiya iki layihə hazırlayıb. Bu sənədlərin biri NATO, digəri isə ABŞ üçündür. Hər iki sənəd müqavilə formasında tərtib olunub və bunu imzalayanlar götürülən öhdəlikləri yerinə yetirməlidir. Həmin sənəddə Rusiya tələb edir ki, alyans 1997-ci ilə kimi NATO üzvü olmayan ölkələrin ərazisinə hərbi birləşmələr yollamasın. Başqa sözlə desək, bu, keçmiş “Varşava müqaviləsi”nin bütün üzvlərinə aiddir. Xatırladaq ki, Çexiya, Macarıstan və Polşa 1999-cu ildə, Litva, Estoniya, Latviya, Bolqarıstan, Rumınıya, Slovakiya və Sloveniya isə 2002-ci ildə NATO -ya daxil olublar. Sloveniyadan başqa onların hamısı “Varşava müqaviləsi”nin üzvü olublar.

Rusiyanın hazırladığı sənəddə tərəflərin bir-birinə yaxın ərazilərdə orta və qısa mənzilli raketlər yerləşdirilməsinə qadağa qoyulması da yazılıb. Rusiya NATO-nun bundan sonra genişlənməməsinə çağırış edir və Ukraynanın üzərində xüsusilə dayanır.

Digər tərəfdən, Rusiya alyans üzvlərindən tələb edir ki, onlar Ukraynada və həmçinin Şərqi Avropada, Cənubi Qafqazda və Orta Asiya ölkələrində hər hansı hərbi fəaliyyət göstərməsinlər.

ABŞ-a göndərilən sənəddə də oxşar tələblər səslənir. Bu sənəddə deyilir ki, ABŞ və Rusiya digər ölkələrdə nüvə silahı yerləşdirilməməsi ilə bağlı öhdəliklər götürsün.

Vaşinqton Rusiyanın təklifləri ilə bağlı ilk şərhini verib. Ağ Evin təmsilçisi Cen Psaki bəyan edib ki, ABŞ Rusiyanın təkliflərini avropalı müttəfiqləri və tərəfdaşları ilə müzakirə edəcək. Lakin o qeyd edib ki, ABŞ NATO-nun genişlənməsi ilə bağlı güzəştə getməyəcək. Bu barədə Psaki deyib: ”Biz Avropanın təhlükəsizliyinin baza prinsiplərinə və hər ölkənin öz taleyini özünün həll etməsinə aid məsələlərdə güzəştə getməyəcəyik”.

Yəqin ki, təkliflərinin qəbul olunmayacağı təqdirdə, sonrakı mərhələdə nə edəcəyi ilə əlaqədar Rusiyanın hansısa planı var. Bəlkə də yoxdur. O zaman bu, ən pis ssenaridir, çünki bu sənədlər Avropada sülhün qorunmasına hədəflənib, onun alternativi isə daha qorxuludur.”

Böyük Britaniyanın “Financial Times” qəzeti “NATO Avropanın təhlükəsizliyi məsələsində Rusiya ilə dialoqa hazırdır” məqaləsində Rusiyanın təklifinə alyans üzvlərinin necə münasibət göstərməsinə toxunub. Məqalədə deyilir: ”Qərb liderləri hesab edirlər ki, əgər Moskva Ukraynanın təhlükəsizliyi ilə bağlı vacib addım atarsa, o zaman səslənən təkliflər dialoq üçün şans verir. Almaniyanın müdafiə naziri Kristina Lambrext deyib: ”Biz diplomatik səviyyədəki mövcud ziddiyyəti aradan qaldırmalıyıq. Biz, Rusiyanın təklifini müzakirə edəcəyik. Lakin Rusiya NATO üzrə tərəfaşlarımıza harada və nə qədər qoşun yerləşdirilməsini diktə edə bilməz və biz bunu aydın şəkildə deyəcəyik”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • NATO Rusiya ətrafında həlqəni daraldır

    NATO Rusiya ətrafında həlqəni daraldır ...

    2-04-2014, 11:28

  • 
  • “NATO Ukraynaya açıq şəkildə hərbi yardım edə bilər”

    “NATO Ukraynaya açıq şəkildə hərbi yardım edə ...

    3-09-2014, 13:12

  • 
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42

  • 
  • NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama

    NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama ...

    16-08-2014, 13:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu