GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Araik Azərbaycana savaş ELAN ETDİ - Ordumuz Xankəndində peyda ola bilər

Araik Azərbaycana savaş ELAN ETDİ - Ordumuz Xankəndində peyda ola bilər

Tarix: 27-12-2021, 19:33 Bölmə :Dünya Baxış: 336

Ermənistan siyasi elitasında yenidən ara qarışıb, məzhəb itib. Qarşı cəbhə iki qütbə bölünüb: Qarabağın Azərbaycanın olduğu ilə razılaşanlar və razılaşmayanlar. Hər şey isə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransındakı açıqlamalarından sonra başladı.

 Paşinyan burada xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. O qeyd edib ki, Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq: "Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb".

"Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib. Bu, ən azı əhali baxımından erməni-Azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb", - Paşinyan xatırladıb. Ermənistanın baş naziri həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin "Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır" ifadəsi ilə heç vaxt razılaşmayıb. "Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz", - deyə o, məxfi məlumatları açıqlamalı olduğuna işarə edib.
Paşinyanın bu sensasion açıqlaması bir çox məqamlardan xəbər verir:
İlk növbədə Paşinyanın dediklərinə istinad etsək demək olar ki, böyük sülh sazişi imzalanmaq ərəfəsindədir. Ermənistan baş naziri bu açıqlamaları ilə cəmiyyətinə və müxalifət nümayəndələrinə açıq elan edib ki, Qarabağ məsələsindən - Azərbaycana qarşı ərazi iddialarından, Azərbaycan torpaqları hesabına ikinci erməni dövləti yaradılması ideyasından rəsmi İrəvan əl çəkir.

Qondarma Artsax "lideri" Araik Arutyunyanın Paşinyana bu açıqlamalarına görə ultimatum verməsi ən diqqətçəkən məqamlardan olub. Ermənistan baş nazirinin dekabrın 24-də onlayn müsahibəsi İrəvanla Qarabağ separatçıları arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub. Separatçılar Paşinyanın açıqlamalarını "milli maraqlara xəyanət" kimi qiymətləndirib və baş nazirin mövqeyi ilə razılaşmadıqlarını açıq şəkildə bildiriblər.
Araikin səsləndirdiyi "Arsax"dan başqa heç bir hökümət bizim taleyimizdən danışa bilməz. Azərbaycanlılarla birgəyaşayışdan söhbət gedə bilməz. Çünki onlar bizə qarşı nifrətlidirlər. Bu səbəbdən öz müqəddəratını təyinetmə məsələsi yalnız burada yaşayan ermənilərə aiddir" fikirlərdən də belə aydın olur ki, separatçı qüvvələr Azərbaycanla sülhə açıq şəkildə mane olmaqdan çəkinməyəcəklər. Qondarma rejimin bu gün qondarma parlamentinin nəzərdə tutulan növbədənkənar iclası da iki ölkə arasında gərginliyi yenidən alovlandırmaq, pik həddə çatdırmaq məqsədilə yeni planların, yeni təxribatların hazırlanması üçün bir məşvərət toplantısı olacaq. Araikin Paşinyana etiraz çıxışı zamanı "Rusiya sülhməramlıları "Arsax ordusu" tam qurulana qədər Qarabağda qalmalıdır. Bu, təhlükəsizlik üçün önəmlidir. Biz bu məqamda səhv edə bilmərik, yoxsa bu, "Arsax"ın sonu ilə nəticələnə bilər" sözləri də rəsmi Bakı tərəfindən olduqca ciddiyə alınacaq bir məqamdır. Çünki qondarma rejim rəhbəri sülhməramlı kontingenti məhz özlərinin xilaskarı, cangüdəni obrazında təqdim edib ki, bu da üçtərəfli bəyanatlara tamamilə zidd bir davranışdır.
Araikin çıxışından belə təsəvvür yaranır ki, Rusiya sülhməramlıları məhz qondarma rejimin mövcudluğunu qoruyub saxlamaq üçün Qarabağa yerləşdirib ki, bu qüvvələr bölgədə gərginliyin azalmasına, sülh, sabitlik yaranmasına imkan verməsinlər, belə olacağı təqdirdə isə Rusiyanın bu və digər halda Qarabağda mövcudluğuna imkan yaradan, rəsmi Moskvanı qane edən bir prosesdir. Hər halda Araik Arutyunyanın sözügedən açıqlamasının yalnız xülyasının məhsulu olduğunu, rus sülhməramlılarının işinin heç də separatçı, işğalçı qüvvələri qorumaq olmadığını nümayiş etdirmək məqsədilə Rusiya höküməti tərəfindən bir cavabın gələcəyini gözləməyə də ümid bəsləmək yanlışlıq olar. Çünki 44 günlük müharibədən bu yana - Bir ildən artıq bu vaxt ərzində sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonaları olan Qarabağ ərazisində apardıqları işlərə nəzər yetirsək görərik ki, Araik bunu havadan, boğazdan yuxarı yox, məhz kontingentin bu müddət ərzində onlara qarşı olduqca humanist mövqeyindən ilhamlanaraq bunları deyib.

Separatçı rejim liderlərindən olan David Babayan da baş nazirin çıxışına etiraz olaraq dünən mətbuata açıqlama verərək "Artsaxın müstəqilliyindən" danışıb və faktiki olaraq Paşinyanın mövqeyinə etirazını bildirib.
Təbii ki, bütün bu proseslər Azərbaycanın əl-qolunu tamamilə açır. Paşinyanın Azərbaycanla bağlamaq istədiyi sülhə mane olan Qarabağ separatçılarına qarşı Azərbaycanın antiterror əməliyyatlarına başlaması vaxtını daha da tezləşdirir. Bu zaman Rusiyanın da neytral qalacağı şübhəsizdir. Çünki Rusiya Qarabağ məsələsinin həllində, həm də ədalətli həllində maraqlıdır. Soçi görüşü də göstərdi ki, Kreml rəhbəri regionda kommunikasiya əlaqələrinin qurulması, yaradılması, sərhədlərin müəyyənləşdirilməsi proseslərinin tez bir zamanda start götürməsində maraqlıdır. Ermənistanın gözləntilərinin alt-üst olduğu Brüssel görüşü zamanı Qərbin mövqeyi də bir daha rəsmi İrəvana Azərbaycanla razılaşmaqdan başqa yolunun olmadığı ilə bağlı ciddi siqnal oldu. Böyük dövlətlərin nəhəng maraqlarına qarşı çıxan bir ovuc separatçı isə anlamır ki, postkonflik dövründə 44 günlük müharibə müddətindəki beynəlxalq siyasi vəziyyətindən də əlverişli vəziyyət yaratmağı, bu 1 il ərzində beynəlxalq əlaqələrini istədiyi kimi qurmağa başlayan Azərbaycana qarşı çox müqavimət göstərə bilməyəcək.

Paşinyan da artıq çox gözəl anlayır ki, Azərbaycanla müharibə ritorikasından əl çəkməsə, onun devrilməsi an məsələsi olacaq. Qondarma separatçı rejim rəhbərinin Azərbaycana müharibə elanından başqa bir şey olmayan bu sərsəm bəyanatları isə İrəvanı Bakı ilə üz-üzə qoyub, daha ağır məğlubiyyət almasına səbəb ola bilər ki, bu da Ermənistanda daha ağır böhrana, xaosa, belə bir dövlətin Cənubi Qafqazda mövcudluğunun sual altına düşməsi ilə nəticələnə bilər. Paşinyan bilir ki, buna mane olmaq üçün Araik ya bəri başdan təslim olmalıdır, ya da məhv edilməlidir. Çünki o, çox yaxşı anlayır ki, onu devrilməkdən yalnız bu iki yol xilas edə bilər.
Araik Arutyunyan bəyanatında eyni zamanda ermənilərlə azərbaycanlıların birgə yaşaması ehtimalını rədd edib, Qarabağın "işğal olunmuş ərazilərinin azad edilməsi" uğrunda döyüşməyə hazır olduğunu qeyd edib ki, bu da qondarma rejimin qondarma rəhbərinin əslində Paşinyanın İlham Əliyevlə danışıqlarda əldə etdiyi razılaşmaları yerinə yetirməkdən imtinası deməkdir. Bu da Azərbaycanın çox qısa bir zamanda rus sülhməramlılarının Qarabağdakı müvəqqəti səlahiyyət zonası sayılan ərazilərdəki qondarma rejim qalıqlarının at oynatması prosesinə son qoymaq üçün əməliyyatlara start verməsi ilə nəticələnə bilər. Təbii ki, Araik və onun kimi digər qondarma rejim qalıqlarının Qarabağdan tamamilə təmizlənməsi indiki məqamda Ankara və Bakı ilə razılığa gəlməkdən, konstruktivlik nümayiş etdirməkdən başqa yolunun qalmadığını yaxşı anlamağa başlayan Paşinyanın işinə yarıyaracaq. 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prinsipsiz Paşinyanın prinsipləri...

    Prinsipsiz Paşinyanın prinsipləri... ...

    28-02-2020, 14:10

  • 
  • “Mən Qarabağın adından danışa bilmərəm...”

    “Mən Qarabağın adından danışa bilmərəm...” ...

    10-09-2018, 12:32

  • 
  • Nikolun bu çıxışı savaş elanıdır – Politoloq

    Nikolun bu çıxışı savaş elanıdır – Politoloq ...

    6-08-2019, 15:47

  • 
  • Azərbaycan Ermənistanın baş nazirinə cavab verib

    Azərbaycan Ermənistanın baş nazirinə cavab verib ...

    27-09-2018, 13:16

  • 
  • Paşinyanın BÖYÜK SƏHVİ: Bakı hərəkətə keçir – Ermənilər TƏŞVİŞDƏ

    Paşinyanın BÖYÜK SƏHVİ: Bakı hərəkətə keçir – ...

    8-08-2019, 11:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu