Gundemxeber.az » Dünya » ABŞ-ın keçmiş prezidenti Karter: “Amerika uçurumun kənarındadır”
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter bəyan edib ki, Amerika xalqı genişlənən uçurumun kənarında dayanıb.
O, “The New York Times”da dərc olunan məqaləsində qeyd edib ki, təcili tədbirlər görülməsə, ölkədə vətəndaş qarşıdurması qaçılmazdır.
Məqalənin yazılmasına səbəb Donald Trampın tərəfdarları tərəfindən Vaşinqtonda Kapitolinin ələ keçirilməsinin ildönümü olub.
Karter yazır ki, vicdansız siyasətçilərin başçılıq etdiyi qəzəbli kütlə Kapitoliyə basqın edib və demək olar ki, hakimiyyətin demokratik yolla ötürülməsinin qarşısını almağa cəhd göstərib.
Karter hesab edir ki, Amerika dəyərləri hələ də təhlükə altındadır.
“Bizim böyük xalqımız indi genişlənən uçurumun kənarında dayanıb. Təcili tədbirlər görməsək biz vətəndaş qarşıdurması və qiymətli demokratiyamızı itirmək riski ilə üzləşəcəyik”, - deyə Karter xəbərdarlıq edib.
Gundemxeber.Az
22-10-2017, 13:28
20-12-2015, 13:04
8-11-2019, 09:46
6-12-2018, 11:40
17-03-2016, 12:08
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?