10 İraq hərbçisinin həyatına son qoyan ABŞ hava qüvvələrinin avia zərbəsində həm Vaşinqton, həm də Bağdad rəsmilərinin səhvi olub. Report-un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eş Karter deyib. Karter etiraf edib ki, ABŞ-ın qırıcı təyyarəsindən atılan bomba İraqın mərkəzindəki Fəlluca şəhəri yaxınlığında İraq təhlükəsizlik qüvvələrinin yerləşdiyi əraziyə düşüb: "Ancaq bu ərazi, əsasən, "İŞID" terrorçularının nəzarəti altındadır".
O, İraq baş naziri Heydər Əl-Abadiyə hadisəyə görə başsağlığı verib. Hər iki lider hadisənin araşdırılması barədə razılığa gəliblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?