Gundemxeber.az » Dünya » Rusiyalı milyarder Qazaxıstandan çıxa bilmir
Rusiyalı milyarder, “Texnonikol” şirkətinin sahibi İqor Rıbakov Almatıda iğtişaşlar zamanı hərbçilərin blokpostunda terrorçu kimi saxlanılıb.
Gundemxeber.az bildirir ki, bu barədə Rıbakov RİA-ya danışıb. Onun sözlərinə görə, hazırda Qazaxıstandadır və heç cür buradan çıxa bilmir. Onun rabitə əlaqəsi və interneti yoxdur.
“Mən Qazaxıstandan çıxmağa çalışıram. Amma bu cəhdim hələki baş tutmur. Ümid edirəm Almatıdan təhlükəsiz yerə keçə, oradan da təyyarə ilə uça biləcəyəm”-deyə Rıbakov bildirib.
Biznesmen yaşadığı bu günlərlə bağlı videofilm çəkmək niyyətindədir. O, deyib ki, hadisələr zamanı blokpostda az qala cəncələ düşəcəkdi. Hərbçilər biznesmeni terrorçu zənn edərək saxlayıblar.
Milyarder yanvarın 3-də Qazaxıstana dincəlməyə gəlib. Yanvarın 10-da Rusiyaya qayıtmağı planlaşdırmışdı.
Gundemxeber.az
21-10-2020, 14:44
15-08-2017, 15:16
9-12-2016, 15:54
29-09-2014, 14:37
12-05-2017, 21:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?