Rusiyanın Primorskoe vilayətinin Poqroniçno rayonunun icra başçısı İqor Çervines barəsində Rusiya Cinayət Məcəlləsinin 5-ci maddəsi (Böyük vəzifəli şəxs tərəfindən böyük məbləğdə rüşvətin alınması) ilə cinayət işi qaldırılıb.
Anspress-in verdiyi məlumata görə, rayon prokurorluğu cinayətlə bağlı istintaq araşdırması aparıb və bəzi faktlar əldə edib.
Prokurorluğun versiyasına görə, Çervines özəl şirkətlərdən birinin təsisçisi ilə görüşərək, torpaq sahəsinin bu şirkətin mülkiyyətinə rəsmiləşdirmə ilə bağlı ilkin razılığa gəlib. Bu zaman Çarvines tərtibatla bağlı məsələnin həlli üçün 300 min rubl tələb edib.
Qarşı tərəfin şikayəti əsasında Rusiya FTX-nin əməkdaşları görüşü nəzarətə alırlar və şirkət rəhbərliyi Çarvinesə sahil kənarı kafelərin birində görüşməyi təklif edir. Kafedə şirkətin rəhbəri tələb olunan məbləği ona verən zaman FTX əməkdaşları kafeyə girərək, Çarvinesi həbs edirlər.
Aparılan istintaqın nəticələri əsasında məhkəmə Çarvinesin ev dustaqlığına cəlb olunması barədə qərar verir. Ancaq rayon prokurorluğu bu qərarla razılaşmır. Səbəbini isə belə izah eirlər ki, ev dustaqlığının verilməsi əslində cinayətkarın hüquqi statusunun formalaşmasına səbəb olacaq və böyük məbləğdə rüşvət faktının uçota alınmadan silinməsi ilə nəticələnəcək.
Sorğu
Yeni dizaynımız necədir?