Gundemxeber.az » Dünya » Rusiya və Ukrayna rəsmiləri yaşanan gərginlik fonunda Paris danışıqlarında iştirak edirlər
Rusiya, Ukrayna, Almaniya və Fransa rəsmiləri Rusiya-Ukrayna sərhədindəki gərginlik fonunda çərşənbə günü Parisdə danışıqlar aparır.
Qərb dövlətləri bu əraziyə 100 mindən çox rus hərbçisinin yerləşdirilməsi və Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalından narahat olduqlarını bildiriblər. Rusiya belə planlarının olduğunu inkar edir və NATO-nun Rusiya istiqamətində genişlənməyəcəyinə zəmanət axtarır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərə deyib ki, o, Paris danışıqlarının “mümkün maksimum nəticə ilə yaxşı, açıq söhbətin baş tutacağına” ümid edir.
Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbəri Andrey Yermak çərşənbə günü Tvitter hesabında Ukraynanın maraqlarına uyğun “konstruktiv dialoqa” ümid etdiyini bildirib.
Görüş ötən həftə Rusiya, ABŞ, NATO və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iştirak etdiyi danışıqların bir neçə raundundan sonra keçirilir.
Rusiya bəzi tələblərinə yazılı cavab gözləyir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çərşənbə günü qanunvericilərə deyib ki, Qərb onun dediyi kimi “aqressiv kurs”a davam edərsə, Rusiya “lazımi cavab tədbirləri” görəcək.
Çərşənbə günü danışıqlar Rusiyanın Belarusa daha çox qoşun və texnika göndərdiyini bildirdiyi vaxta təsadüf edir, çünki bu iki ölkə gələn ay hərbi təlimlər keçirməyə hazırlaşır.
Peskov həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyaların tətbiqi məhsuldar olmayacaq.
"Siyasi baxımdan bu, ağrılı deyil, dağıdıcıdır" - deyə, o, çərşənbə günü jurnalistlərə bildirib.
Gundemxeber.az
28-11-2018, 11:22
21-08-2017, 14:53
26-12-2019, 14:06
12-11-2017, 13:52
2-07-2015, 18:50
Sorğu
Yeni dizaynımız necədir?