GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Müharibə generallarından Putinə qarşı “bunt”: Narazılıq dalğası genişlənir

Müharibə generallarından Putinə qarşı “bunt”: Narazılıq dalğası genişlənir

Tarix: 8-02-2022, 16:17 Bölmə :Dünya Baxış: 324


Aleksey Romanov: “Əvvəllər Putin rejiminin əleyhdarları liberal düşərgənin mənsubları idisə, bu gün müxtəlif ideologiyaların nümayəndələri Putinə qarşıdırlar”

Vladislav İnozemtsev: “Sovet hərbçiləri müharibənin dəhşətlərini görüblər, ona görə müharibəyə qarşıdırlar. Lakin hazırkı rus ordusundakı nəsil müharibənin gətirəcəyi bəlaları anlamırlar, müdafiə naziri isə ümumiyyətlə, orduda xidmət etməyib”

“Azadlıq” radiosu xəbər verir ki, sovetpərəst və millətçi mövqeyi ilə tanınan, Ümumrusiya Zabitlər Assambleyasının sədri vəzifəsini icra edən, ehtiyatda olan general-polkovnik Leonid İvaşov Rusiyanın Ukrayna ilə müharibəsinə qarşı müraciət yayıb. O, Rusiya rəhbərliyini və Prezident Vladimir Putini belə bir müharibə hazırlamaqda ittiham edib və onu istefaya çağırıb.

İvaşovun fikrincə, əvvəllər “başqa çıxış yolu olmayanda, dövlətin və cəmiyyətin həyati maraqları təhlükə altında olanda Rusiya (SSRİ) məcburi (ədalətli) müharibələr aparırdı”. Lakin indi, generalın yazdığı kimi, Rusiyanın mövcudluğu üçün yeganə təhlükə onun daxili həyatının deqradasiyasıdır.“Xarici təhdidlər hazırda kritik deyil. Bütövlükdə strateji sabitlik qorunur, nüvə silahları etibarlı nəzarət altındadır, NATO qüvvələri güclənmir və onlar təhdidedici fəaliyyət göstərmirlər”, - deyə İvaşov yazır.Müraciətdə qeyd olunur ki, Ukrayna müstəqil dövlət kimi fərdi və kollektiv müdafiə hüququna malikdir: “Təbii ki, Ukraynanın Rusiyaya dost, qonşu kimi qalması üçün onlara Rusiya dövlət modelinin və hakimiyyət sisteminin cəlbediciliyini nümayiş etdirmək lazım idi. Dünya dövlətlərinin böyük əksəriyyəti ilhaq edilmiş Krımı və Sevastopolu Rusiya kimi tanımır ki, bu da Rusiya xarici siyasətinin uğursuzluğunu və daxili siyasətin bərbadlığını inandırıcı şəkildə göstərir”.Generalın fikrincə, Ukraynaya qarşı hərbi güc tətbiqi Rusiyanın özünün bir dövlət kimi mövcudluğunu şübhə altına alacaq, üstəlik, rusları və ukraynalıları əbədi düşmən edəcək: “NATO ölkələri, xüsusən də Türkiyə münaqişəyə daxil olacaq. Bundan başqa, Rusiya mütləq sülhü və beynəlxalq təhlükəsizliyi təhdid edən ölkələr kateqoriyasına daxil ediləcək, ən ağır sanksiyalara məruz qalacaq, dünya birliyinin ən dibdə qalmış dövlətinə çevriləcək və yəqin ki, müstəqil dövlət statusundan məhrum olacaq”.İvaşov hesab edir ki, Rusiya hakimiyyəti əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün müharibə astanasında gərginlik yaradır. Müraciətdə Prezidentdən “müharibə qızışdıran cinayət siyasətindən əl çəkməsi” tələbi yer alır.Qeyd edək ki, general İvaşov son onilliklər ərzində hərbçi kimi iştirak etdiyi bütün televiziya tok-şoularında ardıcıl olaraq qatı putinpərəst mövqedən çıxış edir. İndi isə tam əks bir mövqe görürük. O, həmişə “qırğı” partiyasının parlaq nümayəndəsi olub. Bu gün “çarın” mövqeyinə qarşı çıxanın məhz belə bir adam olması daha təəccüblüdür. Buna səbəb nə ola bilər? Putinə bu siqnal nə ilə bağlıdır?AYNA-nın suallarını tanınmış rusiyalı ekspertlər cavablandırıblar.Jurnalist, bloger Aleksey Romanov:“Leonid İvaşov Rusiyada adətən milli-vətənpərvər adlandırılan ideoloji hərəkatın parlaq nümayəndəsidir. Müxtəlif dövrlərdə milli vətənpərvərlər Rusiya hakimiyyətinin fəaliyyətinə fərqli münasibət bəsləyirdilər - onlar Yeltsinin dövründə sərt tənqid edirdilər, erkən Putin dövründə hərarətlə dəstəkləyirdilər. Sonradan bu dəstək durmadan azaldı. Krımın tutulmasından (İvaşovun terminologiyası ilə desək, geri qaytarılmasından) sonra bir neçə il bu proses səngidi. Amma son iki-üç ildə Rusiya hökuməti bu müttəfiqini də açıq-aşkar itirib.Rusiyada millətçilər Putini rus əksəriyyətinin problemlərinə etinasız yanaşmasına görə tənqid edir, ifrat dövlətçilər onu öz ətrafının maraqlarını ölkənin maraqlarından üstün tutduğuna görə qınayırlar. Lakin həm bu arqumentlər, həm də milli-vətənpərvərlərin Putin rejimindən narazılıq faktının özü hələ liberal mühitdə az məlum idi.Rusiyada millətçilər və dövlət xadimləri çoxdan Putindən məyus olublar, lakin liberalların bundan sadəcə xəbəri yoxdur. Və hesab edirəm ki, buna görə də İvaşovun müraciəti ictimai marağa səbəb olub.Buna baxmayaraq, İvaşovun müraciəti Rusiya cəmiyyətində hansısa dərin dəyişikliyi aradan qaldırmaq üçün daha bir vacib məqam sayıla bilər. Əgər 2016-cı ilə qədər Rusiyada mübahisəsiz putinpərəst çoxluq var idisə, təxminən 2020-ci ilin payızından bəri Putinin əleyhinə çoxluq formalaşıb. Əgər əvvəllər Putin rejiminin əleyhdarları demək olar ki, yalnız liberal düşərgəyə mənsub idilərsə, bu gün müxtəlif ideologiyaların nümayəndələri bu və ya digər şəkildə Putinə qarşıdırlar”.Postindustrial Cəmiyyətin Tədqiqatları Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, politoloq Vladislav İnozemtsev:“Bu, həqiqətən də çox simptomatik və vacib bəyanatdır. Təəssüf ki, Rusiyada buna praktiki olaraq məhəl qoyulmadı, amma yenə də baş verənlər rus ordusunun əhval-ruhiyyəsindəki bəzi əsaslı dəyişikliklərdən deyil, nəsillərarası uçurumlardan danışır. Məsələ burasındadır ki, hazırda 77-78 yaşlı İvaşov 60-cı illərin əvvəllərində hərbi məktəbi bitirib, Çexoslovakiyada xidmət edib, ümumiyyətlə, sovet ordusunda karyera pilləkanının bütün pillələrini keçib. Və, o, təbii ki, imperiya baxışlarına sadiq olan, SSRİ-nin dağılmasından, Rusiyanın əvvəlki kimi böyük güc olmamasından təəssüflənən bir adamdır.

Amma eyni zamanda realistdir. Sovet hərbçiləri bütün çatışmazlıqları və müsbət cəhətləri ilə müharibənin nə olduğunu, onun həmişə sülhdən daha pis olduğunu başa düşürdülər. Onların bir çoxu müharibənin dəhşətlərini görüb, onunla bağlı yaranan problemləri görüb və buna görə də heç vaxt müharibə görməmiş hazırkı rus ordusundakı nəsildən, şübhəsiz ki, daha ehtiyatlı davranırlar. Rusiya Federasiyasının müdafiə naziri ümumiyyətlə, orduda xidmət etməyib və bununla heç bir əlaqəsi yoxdur. Hökumətdəki bir çox insan da müharibəni yalnız kompüter oyunlarında görüb.

Ona görə də mənə elə gəlir ki, İvaşovun mövqeyi zabitlərin və ya generalların Putini dəstəkləməməsinə işarə deyil, sadəcə olaraq hərbçilərin gənc və yaşlı nəsilləri arasında çox güclü dəyərlər uçurumunun olduğunun təsdiqidir. Bu uçurum reallığı dərk etməkdəki boşluqdan qaynaqlanır. Yəni arasional hərbçilərin hərəkətlərinə rasional hərbçinin baxışını görürük.

Bu, deyə biləcəyim maksimumdur, çünki əslində bu müraciətin təbii ki, heç bir nəticəsi olmayacaq, buna çox da ciddi yanaşmaq lazım deyil, amma bu, çox əlamətdar siqnaldır. Yəni, Rusiyanın müasir hərbi elitasında əhval-ruhiyyə əksəriyyət real hərbi vəziyyət və Rusiyanın nəyə tab gətirə biləcəyini və nəyi edə bilməyəcəyini başa düşməyən insanlar tərəfindən müəyyən edilir”.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyanın müxalifət lideri Aleksey Navalnı Vladimir Putini məhkəməyə verib

    Rusiyanın müxalifət lideri Aleksey Navalnı ...

    11-02-2016, 21:33

  • 
  • Ukrayna Putini həbs etmək istəyir

    Ukrayna Putini həbs etmək istəyir ...

    18-08-2014, 02:03

  • 
  • ​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif etdi

    ​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif ...

    21-04-2021, 09:55

  • 
  • Putinin atası Rusiya Azadlıq Ordusunun (RAO) tərkibində SSRİ-yə qarşı vuruşub

    Putinin atası Rusiya Azadlıq Ordusunun (RAO) ...

    24-03-2014, 14:54

  • 
  • Azərbaycanlıların Putinə qarşı etirazı

    Azərbaycanlıların Putinə qarşı etirazı ...

    9-03-2014, 12:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (314)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu