Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsinin zalında Ukrayna himnini oxuyub.
Gundemxeber.az xəbər verir ki, vəkillər Ukrayna bayrağını Saakaşviliyə verib və telefonda Ukrayna himnini səsləndiriblər, keçmiş prezident də oxumağa başlayıb. Həmin kadrları təqdim edirik. Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlı məhkəmə prosesi keçirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?