Qazaxıstan Rusiyanın müvafiq sorğusuna cavab olaraq öz qoşunlarını Ukraynaya göndərməkdən imtina edib.
Bu barədə “NBC” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd edək ki, Rusiyanın Qazaxıstana Ukraynaya qoşun yeritmək üçün müraciəti barədə rəsmi məlumat yoxdur. Lakin Ukrayna teleqram kanallarında Milli Təhlükəsizlik və Müdafiə Şurasının məsələyə münasibət bildirdiyi yazılır. Qurumun Qazaxıstanın bu addımına şərhində “Biz Qazaxıstanın müharibədə iştirak etmək üçün Ukraynaya qoşun göndərməkdən imtina etməsini alqışlayırıq” dediyi bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?