Luqanskdakı döyüşlərdə təxminən 10-15 erməni iştirak edir, hazırda onlardan heç biri xəsarət almayıb.
Bu barədə Luqanskdakı "Urartu” erməni mədəni icmasının rəhbəri Vardan Hayrapetyan Sputnik Ermənistan-a bildirib. Onun sözlərinə görə, Luqanskda üç minə yaxın erməni yaşayır, təxminən 20%-i artıq təxliyə edilib, qalanlar isə sığınacaqlarda və zirzəmilərdə gizləndikləri üçün nisbətən təhlükəsiz şəraitdə yaşayırlar. "Əvvəlki günlərlə müqayisədə vəziyyət daha az gərgindir, sərhəd zonasında atəş səsləri eşidilir. Ayrapetyan onu da qeyd edib ki, hazırda təxliyə məsələsi gündəmdə deyil, şəhəri tərk etmək istəyənlər yoxdur. Şəhərdə yalnız ərzaq mağazaları və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?