GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanlı diaspora sədrinə qarşı ŞOK İTTİHAM - Narkobizneslə məşğuldur və...

Azərbaycanlı diaspora sədrinə qarşı ŞOK İTTİHAM - Narkobizneslə məşğuldur və...

Tarix: 20-08-2018, 22:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 477
Azərbaycanlı diaspora sədrinə qarşı ŞOK İTTİHAM - Narkobizneslə məşğuldur və...


Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan Luqanskdakı azərbaycan diaspor təşkilatının lideri barədə sosial şəbəkələrdə sensasion iddia yayılıb.

“Telegram” sosial şəbəkəsində kifayət qədər populyar olan və Ukrayna, Rusiya barədə insayder məlumatları paylaşan “NEZIQAR” (НЕЗЫГАРЬ) kanalı Luqanskdakı “Azərbaycan İctimai-Mədəni Mərkəzi” adlı ictimai təşkilatın rəhbəri Səidi Mürvət Teymur oğlunun yerli separatçılarla əlbir olaraq Avropaya narkotik trafiki həyata keçirdiyini iddia edir.

Bu teleqarm-kanalın sahibinin kimliyi məlum deyil, bəzi məlumatlara görə kanalın sahibi Dominikan respublikasındadır və Rusiyada çox mötəbər mənbələri var.

Teleqram-kanalın bu məlumatına Luqansk vilayəti barədə xəbərlər yayımlayan Ukrayna saytı “citynews.net.ua” yer verib.

Məlumatda deyilir ki, “Luqansk Xalq Respublikası”ında artıq yarım ildir bu qondarma “respublikanın” ərazisindən narkotrafikə nəzarət uğrunda güc strukturları arasında mübarizə gedir.

“Luqanskda artıq yarım ildir azərbaycanlı və erməni diasporu arasında müharibə gedir. Birincini Dövlət Təhlükəsizliyi Nazirliyi, ikincini isə DİN və prokurorluq himayə edir.

“Rəsmi” azərbaycan diasporunun başçısı-Səidi Mürvət Teymur oğludur. Ədliyyə Nazirliyinin məlumatına görə 1998-ci ildən bəri “Azərbaycan ictimai-mədəni mərkəzi” adlı ictimai təşkilata rəhbərlik edir.

Plotnitskinin (İqor Plotnitski-qondarma “Luqansk Xalq Respublikası”nın keçmiş başçısı) dövründə baş prokuror azərbaycanlı Zaur İsmayılov idi, Səidi ailəsinin yaxın dostu. Plotnitski azərbaycan diasporuna tam dəstək verirdi, kömək göstərirdi. Hazırda bununla güc strukturları məşğul olur.

Plotnitski və Səidi LNR-dən (“Luqansk Xalq Respublikası”nın) baza kimi istifadə edərək narkotik qaçaqmalçılığı təşkil etmişdilər. Azərbaycan, Dağıstan və Rostov vilayəti üzərindən keçməklə “LNR”-dən Avropaya heroin trafiki təşkil olunmuşdu.

Plotnitskinin (hazırda Rusiyadadır-red.) ifadələrinə əsasən narkotrafikin təşkili ilə “Luqansk Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyinin” döyüş dəstələri məşğul olurdu.

Daxili İşlər Nazirliyi isə Vardan Ayrapetyanın başçılıq etdiyi erməni diasporunu himayə edir. Ayrapetyan nazir Kornetlə yaxın dostdur. Və respublikanın baş prokurorunun səlahiyyətlərini icra edən Qorenko ilə. Erməni diasporu varlıdır, onun narkotrafikdə iştirakı barədə məlumat yoxdur. Hazırda DİN-in “krışalığı” altında bu işlə başqa adamlar-yerli məşğuldur. Erməni diasporu isə siqaret, alkoqol və kömür qaçaqmalçılığına nəzarət edir”-anonim telerqram-kanal bildirir.

Qeyd edək ki, Mürvət Teymur oğlunun barəsində internetdə ətraflı məlumat yoxdur. Bununla belə “Novaya qazeta”nın Ukrayna əlavəsində (17 avqust 2018-ci il) onun Luqanskdakı kriminal-biznes fəaliyyəti barədə bəhs edilir.

Bildirilir ki, Mürvət Teymuroğlu Luqanskın rusiyameylli separatçıların nəzarətinə keçməsindən sonra oradakı azərbaycan diasporunu kriminallaşdırıb. O, separatçıların ayrı-ayrı silahlı dəstələrini “yemləyərək” qondarma “respublikanın” güc strukturlarının himayəsini qazanıb. Özü isə Luqanskın “xaç atası”ına çevrilib. İlk növbədə azərbaycanlılara qarşı reketliyə başlayıb, yaşamaq, bizneslə məşğul olmaq, əmlakını qoruyub saxlamaq istəyən azərbaycanlılar ona haqq verməlidir. Tabe olmayanlar oğurlanıb, öldürülüb. Luqanskda qarpız satandan tutmuş restoran, kafe işlədən azərbaycanlılara qədər hər kəs Səidinin nəzarətindəki “obşaka” aylıq haqq ödəməlidir.

Səidi ailəsinin BMW X5, BMW X6, BMW 550, “Porshe” kimi bir neçə lüks avtomobili var. Səidinin böyük oğlu Fuad Səidi Luqansk gəncləri arasında yaxşı tanınan kriminal majordur. “Novaya qazeta” onun Luqansk universitetində oxuyarkən sessiyalarda müəllimləri təhdid edərək özünə qiymət yazdırıb. Onun hətta dərsə silahlı gəldiyi də bildirilir. Fuad Səidinin həmyerlisi Ruslan Əliyevlə birlikdə universitetdə narkotik satışını təşkil etdiyi də deyilir. Hazırda o “Luqansk gənclər parlamentinin” deputatıdır.

Qəzet yazır ki, ötən il Rusiyanın Lipetsk vilayətində FTX heroin alverçisini tutub. Həmin kuryer “malı” Luqanskdakı Səidi qruplaşmasından aldığı barədə ifadə verib. Nəticədə Rusiya çekistləri Luqansk xüsusi xidmət orqanlarını bu narkotik trafikinə görə ciddi tənbeh ediblər. Luqansk “Dövlət Təhlükəsizliyi Xidməti” isə öz adamlarını-Səidi klanını qurban verib, nəticədə Mürvət Teymuroğlunun biznesi çat verib.

Səidinin zəiflədiyini görən azərbaycanlıların bir qismi ona qarşı “bunt” qaldırıb. Onlara Salamov Ceyhun Yediyar oğlu başçılıq edir. Bu iki qruplaşmanın arasında 90-cı illərə xas mübarizə getdiyi bildirilir. Mürvət Teymuroğlu isə onu qurban verən güc strukturlarının əleyhinə kompromatlar ötürür. Bu ilin əvvəllərində Mürvət Teymuroğlu “baş prokurorun müavini Şatalovun sifarişi” ilə ona qarşı sui-qəsd cəhdi təşkil olunduğunu, naməlum şəxslər tərəfindən döyüldüyünü bildirib. Amma onun ərizəsi əsasında cinayət işi qaldırılmayıb. İş “dövlət təhlükəsizliyi xidməti”nə göndərilib, Səidinin ərizəsi isə KİV-lərə sızdırılıb...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı separatçıların basdırdığı minaya düşdü

    Azərbaycanlı separatçıların basdırdığı minaya ...

    24-08-2017, 14:38

  • 
  • Ukrayna parçalanır...

    Ukrayna parçalanır... ...

    11-05-2014, 12:38

  • 
  • Ukrayna ordusu ölkənin şərqində daha bir şəhəri separatçılardan geri alıb

    Ukrayna ordusu ölkənin şərqində daha bir şəhəri ...

    11-07-2014, 01:15

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Kiyevdə etiraz aksiyası keçirilir

    Kiyevdə etiraz aksiyası keçirilir ...

    20-02-2017, 01:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu