Gundemxeber.az » Dünya » Sanksiyalara baxmayaraq, Avropa Rusiyadan qaz və neft tədarükünü davam etdirir
Qərb dövlətləri Ukraynanın işğalından sonra ölkənin bank və aviasiya sektorlarına tətbiq edilən sərt sanksiyalara baxmayaraq, Rusiyaya qaz və neft idxalına görə hər gün yüz milyonlarla dollar ödəməkdə davam edir. Avropanın enerji ehtiyacının təxminən 40 faizi Rusiyadan idxal edildiyi üçün liderlər alternativlər tapmaq üçün çalışırlar.
Rusiyanın böyük banklarına sanksiya tətbiq edilib. Ölkənin oliqarxları aktivlərin dondurulması və səyahət qadağaları ilə üzləşib. Rusiya təyyarələrinin Avropa səmalarında uçuşu qadağan edilib.
Amma Rusiya qazı və nefti Avropaya fasiləsiz axmaqda davam edir və Avropa bunun üçün hər gün yüz milyonlarla dollar ödəyir.
Aİ-nın nazirləri bu asılılığın necə aradan qaldırılacağını müzakirə etmək üçün bazar ertəsi Brüsseldə görüşüblər.
“Hər gün biz Rusiyaya 350 milyon avro ödəyirik ki, onlar bu gün Kyiv şəhərinə və başqa yerlərə düşən silahlara sərmayə qoya bilsinlər. Beləliklə, bəli, iqlim və insanlarımızın təhlükəsizliyi səbəbindən biz yanacaqlarla bağlı bu asılılığı yenidən gözdən keçirməliyik”- deyə, İrlandiyanın Ətraf Mühit Naziri İmon Rayan bildirib.
Lakin Rusiya Avropa qazının təxminən üçdə birini təmin edir və son rəqəmlər göstərir ki, onun Ukraynaya işğalından sonra idxal faktiki olaraq artıb. Yüksək qiymət ticarəti daha da gəlirli edir.
“Düşünürəm ki, Qərb neft və qaz sektoruna sanksiyaları davam edəcək”-deyə, Brukinqs İnstitutundan Duqlas Rediker qeyd edib.
Almaniya da Rusiya yanacağından ən çox asılı olan Aİ dövlətlərindən biridir. Onlar artıq Rusiyadan 11 milyard dollar dəyərində olan “Şimal axını 2” qaz kəmərinin ləğvini elan edib.
“Biz gələcək haqqında düşünməliyik. Almaniyanın daha çox qaza ehtiyacı olacaq, çünki yerli istehsal azalır, çünki bizim də daha çox qazla işləyən elektrik stansiyalarına ehtiyacımız var, çünki iqlim hədəflərinə çatmaq üçün digər sənaye sektorlarında da daha çox qazdan istifadə edəcəyik. Biz isə “gələcəkdə qaz haradan gələcək?” sualına cavab verməliyik” - deyə, "Zukunft Gas" Qaz Assosiasiyasının icraçı direktoru Timm Kehler bildirib.
Almaniya təchizatı diversifikasiya etmək üçün iki Mayeləşdirilmiş Təbii Qaz və ya LNG terminalı tikməyi planlaşdırdığını açıqlayıb. Avropanın LNG idxalı yanvar ayında rekord həddə çatıb, bunun təxminən yarısı ABŞ-dan gəlib.
Almaniya bu ilin sonuna qədər nüvə elektrik stansiyalarını, 2030-cu ilə qədər isə bütün kömür stansiyalarını bağlamağa söz vermişdi. Hökumət Rusiyanın Ukraynaya təcavüzündən sonra bu qərarların ləğv oluna biləcəyini açıqlayıb.
Keçmiş ətraf mühit və enerji naziri Rayner Baake deyir ki, qitə bərpa olunan enerjiyə keçidi sürətləndirməlidir.
“İndi Rusiyaya çox aydın mesaj olmalıdır: biz sizin qazınızı istəmirik və gələcəkdə də sizin neftinizi istəmirik. Bu, ağrılı olacaq, çünki qiymətlər yəqin ki, daha yüksək olacaq. Ancaq özümüzü qalıq yanacaqların bu asılılığından xilas etməyin yeganə yolu mədən enerjiləri yerinə təkmilləşdirilmiş enerji istifadəsini və bərpa olunan mənbələrini tətbiq etməkdir" - deyə, İqlim Neytrallığı Fondunun idarəedici direktoru Rainer Baake bildirib.
Bu arada, Royal Dutch Shell və British Petroleum da daxil olmaqla, Avropanın enerji nəhəngləri Rusiya neft şirkətlərində milyardlarla dollar dəyərində paylarını satdıqlarını açıqlayıb.
Gundemxeber.az
12-11-2014, 12:17
24-08-2018, 14:56
13-01-2015, 16:59
20-08-2018, 09:57
12-07-2019, 10:35
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?