Gundemxeber.az » Dünya » Ukraynada vəziyyət necədir? - MN son durumu açıqladı
"Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldiblər. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələri əməliyyat ehtiyatlarının böyük hissəsini tükədiblər. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və vasitələrin köçürülməsi üçün hazırlıqlara başlayıblar. Volın istiqamətində qarşı tərəf 2 tabor taktiki qrupunun köməyi ilə Poliske və Kuxari ərazilərində müdafiə əməliyyatlarına keçib".
Gundemxeber.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Müdafiə Nazirliyi Rusiyaya qarşı müqavimətin doqquzuncu günü ilə bağlı məlumat yayıb. Bildirilib ki, Rusiya tərəfi Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün sərhəddə silahlı təxribatlar törədə bilər. Qeyd edilib ki, ruslar Xarkovu şimaldan mühasirəyə alırlar:
"Rusiya qoşunları Axtırka bölgəsində uğur qazana bilməyib və əsas qüvvələrini Qadyaç və Zinkov rayonlarında cəmləşdirib. Texnikada əhəmiyyətli üstünlüyə malik olan rusiyalılar Mariupolu mühasirəyə alıb. Luqansk istiqamətində döyüşlər gedir. Nikolayev istiqamətində rusiyalıların qarşısı alınıb, lakin Voznesensk istiqamətində qismən uğur qazanıblar. Rusiya hərbi dəniz qrupu dəniz bazalarından çıxarılıb. Ruslar bütün istiqamətlərdə itki verir. Demotivasiya olunmuş qarşı tərəf təslim olur və texnikanı atırlar”.
Gundemxeber.Az
9-12-2014, 23:02
3-09-2014, 13:43
23-02-2022, 18:28
2-03-2022, 18:14
7-12-2017, 12:00
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?