Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq qeyd edib ki, Alyans Ukraynadakı münaqişədə tərəf deyil və Rusiya ilə müharibəyə can atmır.
Qaynarinfo UNİAN-a istinadla xəbər verir ki, Stoltenberq bunu NATO xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşü ərəfəsində ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.
Baş katibin sözlərinə görə, bu gün Alyans ölkələrinin xarici işlər nazirləri Rusiyanın Ukraynaya açıq-aydın işğalına cavab tədbirləri və genişmiqyaslı nəticələrlə bağlı məsləhətləşmələr aparmaq və koordinasiya etmək üçün görüşür.
"Biz mülki əhaliyə edilən hücumları pisləyirik, həmçinin gecə saatlarında atom elektrik stansiyasına hücum barədə xəbərlər gördük. Bu, bu müharibənin qəddarlığını və ona son qoymağın vacibliyini, Rusiyanın bütün qüvvələrini geri çəkməsinin və döyüşlərdə iştirakının və diplomatik səylərdə vicdanla çalışmanın vacibliyini nümayiş etdirir”, - Stoltenberq vurğulayıb.
Baş katib əlavə edib ki, üzv ölkələr Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edib və Ukraynaya da dəstək verirlər.
"Eyni zamanda, NATO münaqişədə tərəf deyil. NATO müdafiə ittifaqıdır. Biz Rusiya ilə hərbi münaqişə istəmirik, lakin eyni zamanda, bütün müttəfiqlərin müdafiəsini təmin etməklə bağlı heç bir anlaşılmazlıq olmamalıdır, elə buna görə də biz Alyansın şərq hissəsində NATO qüvvələrinin mövcudluğunu artırdıq.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Ukrayna səmasını bağlamaması ilə bağlı mövqeyini sərt şəkildə tənqid edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?