Gundemxeber.az » Dünya » Qərbin sanksiyaları Rusiyanı sovet tipli iqtisadiyyata qaytarır
Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinin ardınca tətbiq olunan sanksiyaları gözləyib-gözləmədiyi məlum deyil. Amma onların şiddəti Rusiya üçün çox böyük iqtisadi fəsadlar yarada bilər.
Moskvanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya tətbiq olunan ağır sanksiyalar təsirini göstərməyə başladığı bir vaxt, bəzi ekspertlər deyir ki, onların şiddəti Rusiya Prezidenti Vladimir Putini təəcübləndirmiş ola bilər.
Atlantika Şurasından Daniel Frid.
“Məncə Putin təəcüblənib. Rusiya rublu çox dəyər itirdi. Rusiyanın bazar ertəsi elan etdiyi cavab tədbirləri Rusiya iqtisadiyyatının mübadilə olunmayan rubla doğru getdiyinə işarə edir. Mənim yaşıdlarım və ya bəlkə də məndən gənc olanlar bunun nə olduğunu bilir. Bu o deməkdir ki, Rusiyada dollar və dollarla alınan mallar üçün qara bazar yaranacaq.”
Berklidə yerləşən Kaliforniya Universitetinin iqtisadçısı Yuri Qorodniçenko sanksiyaların Rusiyanın Sovet İttifaqı dövründəki iqtisadiyyata geri götürəcəyi ilə razılaşır.
“Ruslar 1990-cı illərin əvvəlində, inflasiya çox yüksək olduğu, iqtisadi artımda kəskin azalma müşahidə olunduğu zaman baş verənləri yada salmalıdırlar. Onlar maaşlarını maşın təkərləri və ya boru və ya yağ şəklində almaq istəyirlərmi? Bunların hamısı mümkün ssenarilərdir,” o deyir.
Ekspertlər Qərbin əlavə sanksiya seçimlərinin olduğunu düşünür.
Onların ağır zərbə vura biləcəyi başqa bir sahə var, enerji sektoru, ancaq enerjiyə tətbiq olunan sanksiyalar təkcə Rusiyaya deyil, dünyaya zərər vuracaq.
“Problem ondadır ki, kifayət qədər alternativ enerji mənbələri inkişaf olunana qədər bunu etmək çətin olacaq. Bunu demək mənim xoşuma gəlmir. Amma əgər biz Rusiya nefti və qazını almağı dayandırsaq, onlar, xüsusilə də neft üçün, çox sürətli şəkildə başqa bazar tapa biləcəklər, amma qiymət artmağa davam edəcək və mümkündür ki, Putin gözlənilməz qazanc əldə edə biləcək,” Daniel Frid deyir.
Ekspertlər düşünür ki, növbəti raund sanksiyalara Rusiya şirkətlərinə daha sərt məhdudiyyətlər, enerji ixraclarına isə daha da sərt limitlər tətbiq oluna bilər.
Bir şey daha aydındır ki, Rusiya Ukraynada irəliləyiş əldə bilər, amma hərbi müdaxilə ilə bağlı məlumat müharibəsini uduzur.
“Məncə onlar başa düşür. Məsələn Ukraynada müharibəyə qarşı çıxan 159 Nobel mükafatı laureatı Rusiyanı hərbi müdaxiləni dayandırmağa çağıran açıq məktub yazacaqlar. Dünya boyu alimlər işğala qarşı çıxış edir. Rus alimləri də müharibəyə qarşı çıxan açıq məktub yazıblar,” VoxUkraine-dən İlona Soloqub bildirib.
Rusiya boyu keçirilən etiraz aksiyaları onu göstərir ki, bəzi adi vətəndaşlar da Rusiyanın Ukraynaya hərbi müdaxilə etmək qərarının əleyhinədir. Amma daha da önəmlisi, ölkənin ən zəngin vətəndaşları, o cümlədən oliqarx Mixail Fridman və sənayeçi Oleq Deripaska da Rusiyanın hərəkətlərinə qarşı çıxdıqlarını deyiblər.
Gundemxeber.az
15-09-2014, 15:11
4-03-2014, 10:36
27-03-2014, 09:33
1-10-2014, 12:00
19-07-2019, 11:10
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?