Gundemxeber.az » Dünya » Rusiyada Ukraynaya hərbi təcavüzə qarşı etiraz aksiyaları zamanı bir gündə 5000-dən çox insan həbs edilib
Bazar günü Rusiyanın onlarla şəhərində prezident Vladimir Putinin Ukraynaya hərbi təcavüzünə qarşı keçirilən etiraz aksiyaları zamanı 5000-dən çox insanı həbs edilib. Bu, Kremlin bu ölkəyə hücumuna qarşı çıxan hər kəsi sıxışdırmasında misli görünməmiş bir rəqəmdir.
Etiraz aksiyalarındakı həbslərə nəzarət edən OVD-info müharibə əleyhinə etirazlar zamanı Rusiyanın 60 şəhərində polisin azı 5016 nəfəri saxladığını bildiriib.
Bu, bir gün ərzində görünməmiş rəqəmdir və keçən il müxalifət lideri Aleksey Navalnının həbsdə olduğu zaman ölkədə başlayan etirazlar dalğası zamanı edilən həbslərdən qat-qat çoxdur.
Navalnı həbsxana kamerasından müraciətində rusları müharibəyə etiraz etməyə çağırıb. Küçələrə çıxan etirazçılar özlərini riskə atır.
OVD-info Moskvada 2394, Sankt-Peterburqda isə azı 1253 nəfərin həbs edildiyini bildirib.
Etiraz aksiyaları Rusiya regionlarının kiçik şəhərlərində də keçirilib. Bir neçə fəal sosial şəbəkələrdə zorakı həbslərin videolarını yayıb. OVD-info bildirib ki, polis etirazçılara qarşı elektro-şokerlərdən istifadə edib.
Hakimiyyət orqanlarının xəbərdarlıqlarına və həbs cəzası riskinə baxmayaraq, Rusiyada müharibə əleyhinə etirazlar davam edir.
Tənqidi daha da boğmaq üçün Putin cümə günü Rusiya ordusu haqqında saxta xəbərlərə görə 15 ilə qədər həbs cəzası nəzərdə tutan qanun layihəsini imzalayıb.
Qanun layihəsində ordu haqqında “qəsdən yalan məlumat” dərc edən şəxslərə qarşı müxtəlif həbs cəzaları və cərimələr nəzərdə tutulur.
Putin, həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi çağıranlarına görə cərimə və ya üç ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsini imzalayıb
Gundemxeber.az
23-01-2021, 19:47
28-01-2018, 20:47
3-12-2019, 11:53
23-01-2021, 19:41
4-12-2019, 19:55
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?