Gundemxeber.az » Dünya » Zəncanda tarixi Xədivi Evi yanıb
İran Azərbaycanının Zəncan vilayətində yerləşən Xədivi Evi yanıb.
Rəsmi IRIB News Agentliyi xəbərinə görə, martın 2-də Zəncanda “Dalanaltı” adı ilə tanınan məhəllədə bu şəhərin tarixi evlərindən biri olan və həmçinin İranda milli abidələr siyahısında yerləşən Xədivi Evi yanıb.
Zəncan Yanğınsöndürmə idarəsinin rəsmisi Əmir Fəzli yanğının üç yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən vasitəsilə 2 saat ərzində söndürüldüyünü deyib.
İRNA xəbər agentliyinin yaydığı xəbərə əsasən, Xədivi Evində yanğına ehtiyatsızlıq və təhlükəsizlik prinsiplərinə əməl etməmək səbəb olub.
Zəncan vilayətinin Mədəni İrs şöbəsinin direktorunun müavini Məhəmməd Məhəmmədpur İRNA ilə müsahibəsində evin təmiri zamanı işçilərin ehtiyatsızlığı və odunla işləyən istilik sistemindən düzgün istifadə etməmələri nəticəsində yanğının baş verdiyini söyləyib.
Xədivi Evinin tarixi bir abidə olmasına baxmayaraq, hələ də yaşayış yeridir və xüsusi mülkiyyətdədir.
İkimərtəbəli Xədivi Evi Qərbin memarlıq stilində ornamentlər və həmçinin bölgənin yerli memarlıq ənənələrindən təsirlənən tikililərdən biridir.
Bu binanın ornamentləri arasında fasadın kərpic hörmələri, gözəl suvaq və sütun və fasadları, müxtəlif dizaynlı laminatı, gips üzlüklü altı taxta sütunun üzərində dayanan eyvanı, həmçinin dekorativ hasarların mövcudluğunu qeyd etmək olar.
Zəncanın Xədivi evi 2001-ci ilin yanvar ayında İranın milli abidələr siyahisində qeydə alınıb.
Gundemxeber.az
16-11-2018, 11:37
19-02-2018, 15:49
6-03-2017, 13:57
17-03-2020, 18:14
19-02-2018, 21:57
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?