İki ölkə arasında aparılan danışıqlar hələlik heç bir nəticə verməyib. Yalnız müvəqqəti atəşkəs haqqında razılığa gələn dövlətlər müəyyən saatlarda susqunluq razılaşmasını həyata keçirib. Bu müddət ərzində ölümlə üz-üzə qalan Ukrayna vətəndaşları ölkədən qaçmaq üçün yollara çıxıblar.
Bütün bunlarla yanaşı Rusiya Müdafiə Nazirliyi bu gün Ukraynanın 2022-ci ilin martında Donbasa hücum etməyə hazırlaşdığını iddia edən məxfi sənədləri açıqlayıb.
"Ukraynanın 2022-ci ilin mart ayında Donbassa hücum etməyə hazırlaşdığını təsdiqləyən gizli sənədlər tapdıq. Nə dərəcədə Donbassa hücum əməliyyatının planlaşdırılması və hazırlanmasında NATO iştirak edir? Hələlik məlum deyil” - Rusiya MN bəyanatında qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?