Gundemxeber.az » Dünya » ABŞ-ın vitse-prezidenti Rusiyanın Ukraynada müharibə cinayətlərinin araşdırılması çağırışlarını dəstəkləyib
ABŞ-ın vitse-prezident Kamala Harris cümə axşamı dünya liderlərinin Rusiyanın Ukraynaya işğalı, uşaqlar və hamilə qadınlar da olmaqla, mülki vətəndaşların olduğu doğum evini bombalaması ilə bağlı beynəlxalq müharibə cinayətlərinin araşdırılması çağırışlarını dəstəkləyib.
Harris Varşavada Polşa prezidenti Anjey Duda ilə görüşməzdən əvvəl ABŞ-ın NATO-nun Şərqi Avropadakı müttəfiqlərinə dəstəklədiyini bir daha təkrarlayıb.
Onun müraciəti Ukrayna rəsmilərinin Rusiyanın Ukraynanın Mariupol şəhərindəki doğum evinə endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla, azı üç nəfərin həlak olmasından bir gün sonra edilib.
"Mütləq araşdırma aparılmalıdır və biz hamımız müşahidə etməliyik, rusların Ukraynada müharibə cinayətləri törətdiyi bizə aydındır" - deyə, Harris Duda ilə görüşü zamanı bildirib.
Harris eləcə də bəyanatında ABŞ-ın "Rusiyanın Ukraynaya əsassız işğalından zərər çəkmiş günahsız mülki vətəndaşlara dəstək məqsədi ilə əlavə 53 milyon dollar humanitar yardım" ayırdığını deyib.
Təxminən iki həftə əvvəl ABŞ tibbi ləvazimatlar, ərzaq, ədyal və digər vacib humanitar yardımlar üçün Ukraynaya 54 milyon dollarlıq yardım bağışlayıb.
Çərşənbə günü Beynəlxalq Amnistiya Təşkilatı martın 3-də Rusiyanın Çerniqov şəhərində 47 mülki şəxsin ölümü ilə nəticələnən hava hücumu ilə bağlı apardığı araşdırmanın nəticəsinin müharibə cinayəti ola biləcəyi qənaətinə gəldiyini bildirib.
Bu arada Türkiyənin Antalya şəhərində Ukrayna və Rusiyanın xarici işlər nazirləri - Dmitri Kuleba və Sergey Lavrov arasında görüş keçirilib.
Danışıqlardan sonra keçirilən mətbuat konfransında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tərəflərin atəşkəslə bağlı razılığa gələ bilmədiklərini deyib.
Görüşdə nazirlər Ukrayna sakinlərinin təxliyəsi üçün humanitar dəhlizlər məsələsini də müzakirə ediblər.
14-09-2020, 10:57
27-03-2014, 09:33
21-08-2020, 15:32
1-03-2014, 21:11
27-12-2021, 10:53
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?