Gundemxeber.az » Dünya » Müharibənin 17-ci günü: Rusiyanın Hava Kosmik Qüvvələri yeni itkilər verdi
Ötən gün martın 11-də gedən döyüşlər zamanı Ukraynanın müdafiəçiləri Rusiyanın Hava Kosmik Qüvvələrini yeni itkilərə məruz qoyublar. Bildirilir ki, gün ərzində Rusiya Hava Kosmik Qüvvələri bir Su-34 qırıcı-bombardmançısını, 4 döyüş vertolyotunu və bir pilotsuz təyyarəsini itirib.
Ukraynanın Hava Qüvvələri Komandanlığı bildirib ki, Su-34 bombardmançısı “Şimal” əməliyyat komandanlığının hava hücumundan müdafiə qüvvələri tərəfindən Çerniqov vilayəti üzərində vurulub.
Habelə bildirilir ki, Ukraynanın Buk-M1 və S-300 zenit-raket kompleksləri düşmənin 4 vertolyotunu və bir “Forpost” pilotsuz təyyarəsini vurub. Ukraynanın Hərbi Hava Qüvvələrinin Su-24M və Su-25 təyyarələri, Mi-24 vertolyotları isə düşmən texnikasının kalonlarına 10-a yaxın hava həmləsi həyata keçirib, bu zaman Rusiya qüvvələrinə güclü raket-bomba zərbələri endirilib. Onlar texnika və canlı qüvvə sarıdan ciddi itkilər veriblər.
O cümlədən Ukrayna aviasiyası Su-27 və MiQ-29 qırıcılarının köməyi ilə müxtəlif istiqamətlərdə düşmənin üstün qüvvələri ilə 10-a yaxın hava döyüşünə girib və itki vermədən geri dönüb. Düşmən təyyarələrinə 9 “hava-hava” raketləri buraxılıb.
Sum vilayətində isə ərazi özünümüdafiə qüvvələri yalın əllə üç Rusiya tankını və bir özüyeriyən artilleriya qurğusunu qənimət olaraq ələ keçiriblər. Bu haqda vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski özünün Telegram-kanalında bildirib. Və tankların videosunu yayıb. Vilayət rəhbəri azı 2 rus əsgərinin öldürüldüyünü də qeyd edib.
GUNDEMXEBER.AZ
7-09-2015, 17:38
20-06-2019, 13:01
24-11-2015, 19:21
12-11-2013, 15:16
6-12-2014, 23:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?