Gundemxeber.az » Dünya » Roma Papası Ukraynada “qəbuledilməz silahlı təcavüzə” son qoymağa çağırıb
Roma Papası Fransisk martın 13-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini ən sərt şəkildə pisləyib və deyib ki, bu “qəbuledilməz silahlı təcavüz” dayandırılmalıdır.
Bazar günü Müqəddəs Pyotr Meydanında dua mərasimində minlərlə insan qarşısında çıxış edən Fransisk həmçinin uşaqların və silahsız mülki şəxslərin öldürülməsinin “barbarlıq” olduğunu və bunun “heç bir tutarlı strateji səbəbi” olmadığını bildirib.
Pontifik mühasirədə olan Mariupolu “şəhid şəhər” adlandırıb və bir daha sakinlərin təxliyəsinə imkan verən “həqiqi təhlükəsiz humanitar dəhlizlərin” yaradılmasına çağırıb.
“Tanrı adına sizdən bu qətliamı dayandırmağı xahiş edirəm” deyən Papa Fransisk Ukrayna şəhərlərinin “qəbiristanlığa çevrilmək” riski ilə üzləşdiyini bildirib.
Roma Papası Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də Ukraynaya hərbi müdaxilə əmrini verməsi ilə başlayan müharibəni pisləyərkən “Rusiya” sözünü işlətməyib. Bununla belə, onun “silahlı təcavüz” və “tutarlı strateji səbəbin olmaması” kimi ifadələrdən istifadə etməsi Moskvanın hərbi müdaxilə ilə bağlı əsaslandırmalarına etiraz kimi qiymətləndirilə bilər.
Rusiya Ukraynaya hərbi müdaxiləni “xüsusi əməliyyat” adlandırır. Roma Papası Fransisk keçən bazar günü dolayısı ilə bu ifadəni rədd edərək bildirib ki, Ukraynada hadisələr sadəcə hərbi əməliyyat deyil, “qan və göz yaşları çaylarına” səbəb olan müharibə kimi qiymətləndirilməlidir.
28-02-2020, 13:24
19-11-2017, 17:39
29-06-2016, 16:35
11-07-2016, 23:26
28-02-2013, 11:18
Sorğu
Yeni dizaynımız necədir?