Rusiya-Ukrayna danışıqlarının növbəti raundu başlayıb.
Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib. O, danışıqların növbəti raundunda müzakirə ediləcək məsələləri də açıqlayıb. Podolyak, atəşkəsin əldə edilməsi, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.
00:27 xxx Rusiya ilə Ukrayna arasında danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir və ilkin nəticələrin yekunlaşdırılması üçün martın 14-də Moskva ilə Kiyev arasında danışıqlar aparılacaq. Bunu Vladimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak bildirib. "Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Böyük bir problem sahəsi daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək", - Podolyak "Twitter"də yazıb.
xxx
13.03.2022 / 22:32 "Hazırda Rusiya ilə Ukrayna arasında heç bir danışıq aparılmır. Danışıqlar bazar ertəsinə nəzərdə tutulub". Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Qeyd edək ki, bu gün "Reuters" xəbər agentliyi Ukraynadakı mənbələrə istinadla 2 ölkə arasında danışıqlar aparıldığı barədə məlumat yayıb.
Sorğu
Yeni dizaynımız necədir?